Accessibility links

Dünya boyu COVID-19-dan ölənlərin sayı 100 mini keçib


Reuters xəbər agentliyi bildirir ki, cümə günü qlobal səviyyədə koronavirusadan ölənlərin sayı 100 mini keçib. Dünya üzrə qeydə alınmış yoluxma sayıları isə 1,6 milyondan çoxdur.

Xəstəlikdən ilk ölüm halı yanvarın 9-da Çinin Uhan şəhərində qeydə alınmışdı. Ölüm hallarının 50 mini keçməsi isə 83 gün sonra qeydə alınsa da, bundan sonra ölüm hallarının sayının 100 mini ötməsi cəmi səkkiz gün çəkdi.

Ötən həftə yoluxmalarda 6-10 fazi artım müşahidə olunub. Cümə axşamı ümumilikdə dünya üzrə 7300 ölüm halı qeydə alınıb.

Hazırda bu xəstəliyin səbəb olduğu ölüm sayı 1660-cı illərin ortalarında yayılan Böyük London Vəbası ilə eynidir.

Buna baxamayaraq hələ ki, koronavirus 1918-ci ildən başlayan və 1920-ci ildə aradan qaldırılan İspan qripindən daha az insanın ölümünə səbəb olub. İspan qripi 20 milyon insanın ölümü ilə nəticələnmişdi.

Hazırki virusla əlaqədar ölüm riski də daxil olmaqla bir çox məqamlar hələ aydınlaşmalıdır.

Cümü gününə olan göstəricilər indiyədək xəstəliyə yoluxan 1,6 milyon insandan 100 mininin öldüyünü və ölüm nisbətinin 6,25 olacağına işarə etsə də, ekspertlər bir çox yoluxmuş insanların simptomları hiss etmədiyi və mülayim keçirdiyi üçün ümumi yoluxma sayına əlavə edilməmələri səbəbi ilə əslində ölüm nisbətinin daha aşağı olduğuna inanır.

İtaliya, Fransa, Əlcəzair, Hollandiya, İspaniya və İngiltərə də daxil olmaqla bəzi ölkələrdə təsdiqlənmiş yoluxma halların 10% -dən çoxunun ölümlə nəticələndiyini bildirirlər.

Baxmayaraq ki, xəstəliyə yoluxma hallarının 30 faizi hazırda Şimali Amerikanın payına düşür, Avropada İspaniya və İtaliya kimi yaşlı əhalisi olan ölkələr səbəbi ilə ölüm faizi daha yüksəkdir.

Cənubi Avropada xəstəliyə yoluxma hallarının 20 faiz olduğu müşahidə olunsa da, dünya boyu ölüm hallarının üçdə birindən çoxu orada baş verir.

Digər tərəfdən isə bir çox ölkələrdə rəsmi məlumatlara evlərdə və ya qocalar evində deyil, yalnız xəstəxanalarda baş verən ölüm halları daxil edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG