Accessibility links

Qlobal Sahibkarlıq Sammiti 2017 əsas diqqəti qadın sahibkarlara yönəldir


Qlobal Sahibkarlıq Sammitində əsas diqqət qadın sahibkarlara yönəlib
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Bu həftə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və innovatorları bir araya gətirən ənənəvi illik tədbirdir. Prezident Trampın baş müşaviri və prezidentin sammitdəki nümayəndəsi İvanka Tramp Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın nailiyyətlərini təqdir edib.

“Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkət yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx”

8-ci Qlobal Sahibkarlıq sammiti coşqu dolu bir atmosferdə keçib.

Amerika və Hindistan hökumətləri tərəfindən təşkil edilən sammitdə dünyanın bir çox ölkəsindən iştirakçılar biznes ideyaları və layihələrini müzakirə etmək üçün bir araya gəlib.

Qadınlar və sahibkarlıq sammitin əsas diqqət mərkəzində olub. Sammitin 1500 iştirakçısının yarıdan çoxu qadınlar olub. Əfqanıstan, Səudiyyə Ərəbistanı kimi ölkələrin qadın nümayəndə heyətləri sammitə qatılıb.

İvanka Tramp və Hindistanın baş naziri Narendra Modi tədbirdə bunu xüsusi qeyd edib.

“Xüsusilə də burada bu gün olan qadın sahibkarları təbrik etmək istəyirəm. Bu il sammitin əsas mövzusu bizim gələcəyimizin açarıdır. Qadınlar birinci, hamı üçün tərəqqi.”

Vyetnamlı Mandi Nquyen qadınların roluna belə diqqəti alqışlayır.

“Asiyada bəzi mədəniyyətlərdəki ənənələrə görə, insanlar qadını yalnız evdə görmək istəyir və onların layiq olduğu şəkildə təmsil olunmasını istəmir. Məsələyə diqqət verilməsi insanların qadınların potensialı və qabiliyyətlərini başa düşməsinə imkan yaradır.”

Sammitdə texnologiya və maliyyədən tutmuş, digital əyləncə və kənd təsərrüfatı kimi məsələlər müzakirə edilib. Sammitin ən böyük mesajı isə sahibkarların icmaların dəyişməsində əsas rolu ilə bağlı olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG