Accessibility links

Qızıl Qlobus mükafatı qaliblərinin adları açıqlanıb


İranda girov götürülən amerikalılara həsr olunmuş "Argo" filmi və musiqili "Səfillər" (Les Miserables) filmi bazar günü keçirilən 70-ci Qızıl Qlobus mükafatı mərasimində qalib oldu.

"Argo" ən yaxşı film və filmin rejissoru Ben Affleks ən yaxşı rejissor mükafatına layiq görüldü.



Viktor Hüqonun 19-cu əsrdə yazdığı romana əsasən çəkilmiş Les Miserables filmi musiqili komediya kateqoriyasında Qlobus mükafatı aldı. Filmin ulduzları Haq Cekmen və Anna Hatevey aktyor işinə görə mükafatın qalibi oldular.


Cesika Çasteyn "Zero Dark Thirty" filmində yaratdığı Üsamə Bin Ladenin izinə düşən Mərkəzi Kəşfiyyat İdarəsinin agenti roluna görə dram kateqoruyasında mükafat əldə etdi.

Britaniya aktyoru Daniel Day Levis Stivin Spilberqin "Lincoln" filmində yaratdığı roluna görə ən yaxşı aktyor kimi Qızıl Qlobus mükafatı aldı.

"Lincoln" filmindən fraqmentlərin nümayişinin sonunda auditoriya ayaqüstündə filmi alqışlayan an sabiq ABŞ prezidenti Bill Klinton gözlənilmədən auditoriya qarşısına çıxıb.
XS
SM
MD
LG