Accessibility links

Pol Qobl: Qərbin müsəlmanların insan haqları pozuntusuna susqunluğu esksterimistlərin işinə yarayır


Amerikalı analitik bloq yazısında belə qeyd edir

İslam təhdidini nəzərə alaraq, bir çox Qərb ölkələri Post-Sovet hökumətlərində müsəlmanların insan haqlarının açıq-aşkar pozulmasına etiraz etməyə elə də meyil göstərmir. Əslində bu başa düşüləndir. Çünki etiraz olarsa, bu həmin ölkələrin daxili siyasətinə qarışmaq sayıla bilər. Amma mənəvi cəhətdən buna haqq qazandırmaq olmaz və nəticəsi pis ola bilər".

Müəllif Pol Qobl "Qərbin müsəlmanların insan haqları pozuntusuna susqunluğu esksterimistlərin işinə yarayır" başlıqlı bloq yazısında belə qeyd edir.

Qərbin susqunluğu digər tərəfdən də real təhlükəli islam radikallarına əlavə imkanlar yaradır

Amerikalı analitik qeyd edir ki, hazırkı durumda Qərbdə kimsə müsəlmanların haqlarından danışsa o, terrorizmi dəstəkləyən biri adlandırılmaq təhlükəsi ilə üzləşə bilər:

"Amma nəinki bu ikili standarlar mənəvi cəhətdən yanlışdır. Həm də, iki səbəbdən siyasi olaraq, bu, qəbulolunmazdır: Bir tərəfdən hakimiyyətlərə öz vətəndaşlarının insan haqlarını "islam esktremisti" adı altında kobud şəkildə pozmalarına görə tənqidlərlə üzləşməməyə imkan verir. Bu əməlləri "islam esktemistləri ilə mübarizə" adı altında maskalayırlar".

Pol Qobl vurğulayır ki, Qərbin susqunluğu digər tərəfdən də real təhlükəli islam radikallarına əlavə imkanlar yaradır. Belə ki, onlar bundan öz xeyirlərinə istifadə edirlər:

"Onlar Qərbin susqunluğunu insan haqlarının qorunmasında müsəlmanlara qarşı ayrı-seçkilik kimi qələmə verərək, digərlərini də öz sıralarına cəlb edirlər”.

Müəllif qeyd edir ki, bu cür ittihamlarda faktları ayırd etmək elə də asan deyil. Lakin bu, cəhd etməməyə əsas verə bilməz:

“Nə baş verdiyini anlaya bilmək üçün iki məsələni ayırd etmək lazımdır. İslam esktremistləri ilə mübarizəni, həqiqətən dəstəyə, müdafiəyəyə ehtiyacı olanlardan ayırmaq gərəkdir”.

Müəllif nümunə kimi Azərbaycandakı durumu göstərir. 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı 17 nəfər tərəfdarı ilə birgə həbs olunan şiə lider Taleh Bağırovun həbsini qeyd edən Qobl vurğulayır ki, kiminsə haqqını pozmaq digər bütün haqlara təhdiddir:

Nardaranda etiraz
Nardaranda etiraz

​“Müsəlmanların haqlarını pozmaq milli təhlükəsizliyi təhdid altında qoyur, onlar hər zamankından daha çox diqqətəlayiqdir”.

Pol Qobl yada salır ki, Tale Bağırov bundan öncə iki dəfə həbs olunub. Ona qarşı narkotik ittihamı irəli sürülsə də əslində o, hicaba qarşı etiraz aksiyalarına qatıldığına görə həbs olunub. İki il yarım həbsdən sonra 2015-ci ilin iyulunda azadlığa çıxıb. Müsəlman Birliyi Hərəkatının lideridir. Hərəkatın məqsədi qeyri-zorakı dəyişiklik, demokratik dəyərlərin yayılması olsa da hakimiyyət qurumu qeydiyyata almayıb:

“İndi isə bu hərəkatın üzvləri və Tale Bağırovun işi üzrə məhkəmə gedir. İstintaq materialları tam araşdırılmayıb. İnsan haqları qrupu bildirir ki, ittiham tərəfi bir çox müdafiə haqlarından məhrum olublar, heç vəkilləri belə yoxdur. Məhkəmə proseslərindən birində Tale Bağırov ona edilən işgəncələrdən danışıb. Bildirib ki, elektroşok kimi vasitələr ona edilən işgəncələrin qarşısında adi bir şeylərdir. Və o bütün bunlara 3 gün boyunca tab gətirməli olub”.

Məhkəmədə çıxışında Tale Bağırov bildirmişdi ki, ondan Nardaran hadisələrinin arxasında Cəmil Həsənli və Əli Kərimlinin olması ilə bağlı ifadə verməsini istəyiblər.

Müsəlmanların haqlarını pozmaq milli təhlükəsizliyi təhdid altında qoyur

Müsəlmanların haqlarını pozmaq milli təhlükəsizliyi təhdid altında qoyur

​2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi təbliğat qəsəbədə dini radikal qüvvələrin kök saldığı Nardaranda və Sabunçu polis idarəsinin qarşısında baş verən hadisələrə görə 70 nəfərin saxlandığını bildirmişdi. Onların əksəriyyəti bir neçə gündən sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.

Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

XS
SM
MD
LG