Accessibility links

Qordon qasırğası güclənməyə davam edir


Tropical Storm Gordon appears south of Florida in this image released by NOAA's GOES-16, Sept. 3, 2018,. The storm is expected to cross from southwest Florida into the Gulf Coast and reach hurricane strength.
Tropical Storm Gordon appears south of Florida in this image released by NOAA's GOES-16, Sept. 3, 2018,. The storm is expected to cross from southwest Florida into the Gulf Coast and reach hurricane strength.

ABŞ meteoroloqların verdiyi məlumata görə, Qordon tropik qasırğası quruya keçməzdən öncə çərşənbə axşamı Meksika körfəzi sahilləri boyunca daha da güclənəcək.

Luiziana, Missisipi və Alabama ştatlarının sahil bölgələri üçün qasırğa xəbərdarlığı verilib.

ABŞ-ın Milli Qasırğa Mərkəzi bildirib ki, leysan yağışlar və güclü küləklə müşaiyət olacaq Qordon qasırğası çərşənbə günü quruda irəlilədikcə öz gücünü itirəcək.

Florida Ki adaları yaxınlığında Qordon qasırğasının səbəb olduğu leysan yağışlar Birləşmiş Ştatlarda Əmək Günü kimi qeyd edilən bazar ertəsi günü sörf etmək istəyən turistlərin arzusunu ürəyində qoyub.

Mərkəz bildirib ki, getdikcə güclənməkdə olan qasırğa çərşənbə axşamı ölkənin cənubundakı bəzi ərazilərə 5-10 sm arası yağış gətirəcək.

Milli Qasırğa Mərkəzi həmçinin, Luiziyana ştatının sahillərindən tutmuş Hyustona qədər geniş ərazidə daşqınlar barədə xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG