Accessibility links

Təbrizli rejissorun filmi Türk Dünyası Film Festivalının mükafatına layiq görülüb


Məhəmməd Əlimuradi
Məhəmməd Əlimuradi

Təbrizli rejissor Məhəmməd Əlimuradinin çəkdiyi “Əkizlər” filmi İstanbulda keçirilən Qorqut Ata Türk Dünyası Film Festivalının sənədli filmlər kateqoriyasında birinciliyə layiq görülüb.

Qorqut Ata Festivalının mükafat mərasimi noyabrın 12-də İstanbul Atatürk Mədəniyyət Mərkəzində keçirilib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin saytında yayılan məlumata istinadən, “Festivalın Sənədli Film Yarışması mükafatlarında birinciliyi İrandan ‘Əkizlər’ filmi, ikinciliyi Özbəkistandan ‘Xalqın Cəsarəti’ filmi, üçüncülüyü isə Rusiyadan (Saxa Respublikası) ‘Linqvist’ filmi qazanıb.”

“Sənədli Film Yarışması” kateqoriyasında İran Azərbaycanından rejissor Rza Siyami münsiflər heyətində yer alıb.

Alimuradiyə mükafatı Türkiyədən aktyor Oktay Kaynarca və özbəkistanlı aktyor Dilnoza Kubuyava təqdim ediblər. Məhəmməd Əlimuradi mükafat törənində “İran Azərbaycanı və İranda yaşayan türklər tərəfindən salam gətirdiyini” söyləyib.

Qorqut Ata Türk Dünyası Film Festivalının veb səhifəsində dərc edilən məlumata görə, “Əkizlər filimdə hazırda qurumaqda olan Urmiyə gölü ilə Sovetlər zamanında qurumağa başlayan Qazaxıstan və Özbəkistan arasındakı Aral gölünün taleləri kəsişir.”

XS
SM
MD
LG