Accessibility links

İnsultdan sonra sağ qalan insanlar üçün "qoşalaşmış stimulllar" terapiyası [Video]


Say baxımından, insult dünyanın ən təhlükəli və ölümcül tibbi halıdır. İnsult beynin bir hissəsinə qan axını dayandığında baş verir. Ümumdünya Ürək Fonduna əsasən, dünya boyu 15 milyon insan bu il insult olacaq, 6 milyon insan bu səbəbdən dünyasını dəyişəcək, 5 milyon nəfər isə həmişəlik iflic qalacaq. Lakin indi britaniyalı tədqiqatçılar insult nəticəsində iflic qalan insanların hərəkət etmək qabiliyyətini artıracaq yeni müalicə növü üzərində çalışırlar.

Kris Blouer insultdan sonra sağ qalsa da, onun bəzi hərəkətlilik problemləri yaranıb.

Əlil arabasına məhkum, amma mənin qədər hərəkət edə bilməyən insanlar var və əgər bu tədqiqatla o insanlara yardım etmək mümkün olacaqsa, bu çox gözəldir.
Stüart Beyker

“Mən bu fincanı qaldırmağa çalışacam…Gördüyünüz kimi, fincanı qaldıra bilirəm, amma yerinə qoymaq istəsəm, problem yaşayıram,” deyə o bildirir.

Stüart Beyker deyir ki, bu cür balanssız sağalma geniş yayılıb. İnsultdan sonra sağ qalan insanlar əlini yumruq vəziyyətinə gətirə bilsələr də, sonradan əllərini yenidən tam aça bilmirlər.

Bunun səbəbi isə ondan ibarətdir ki, sağ qalan insanlar beyni onurğa beyninə birləşdirən yolu itirirlər. Bədən başqa bir yol tapır, amma bu yol o qədər də yaxşı işləmir.

Makaka meymunları üzərində sınaq həyata keçirəndən sonra Beyker qola küçük şoklar verməklə “çıqqıltı” səsini birləşdirmək bu yeni yolu gücləndirə bilər.

Bu, qoşalaşmış stimullar adlanır, yəni “çıqqıltı” səsi ilə birlikdə yaranan yüngül şok.

Beyker könüllülərin klik-şok terpaiyasından bir neçə saat boyunca faydalanmaları üçün bu kiçik ipod cihazını yaradıb.

Biz cihazı üstümüzə taxıb, laboratoriya mühitindən çıxa bildiyimiz üçün, uzun müddət ərzində bu terapiyadan faydalana bilirik və ümid edirik ki, bu, sinir sistemindəki birləşmələrdə daha güclü və davamlı dəyişikliklərə gətirib çıxaracaq.
Stüart Beyker

“Biz cihazı üstümüzə taxıb, laboratoriya mühitindən çıxa bildiyimiz üçün, uzun müddət ərzində bu terapiyadan faydalana bilirik və ümid edirik ki, bu, sinir sistemindəki birləşmələrdə daha güclü və davamlı dəyişikliklərə gətirib çıxaracaq,” Beyker deyir.

O yeddi saat boyunca cihazı taxan könüllülərin yarısından çoxunda siqnal yolunun gücləniyini aşkar edib.

Əgər müalicə müsbət nəticələr verməyə davam etsə, insult keçirəndən sonra sağ qalan insanlar üçün çox faydalı olacaq.

“Əlil arabasına məhkum, amma mənin qədər hərəkət edə bilməyən insanlar var və əgər bu tədqiqatla o insanlara yardım etmək mümkün olacaqsa, bu çox gözəldir,” deyə Beyker bildirir.

Tədqiqatın növbəti mərhələsi Hindistanda 150 insult pasientinin iştirak edəcəyi kliniki sınaq həyata keçirməkdir.

XS
SM
MD
LG