Accessibility links

ABŞ səfirliyi icma quruculuğuna dəstək proqramına sənəd qəbulu elan edib


ABŞ səfirliyinin icma quruculuğuna dəstək proqramı
ABŞ səfirliyinin icma quruculuğuna dəstək proqramı

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi yerli icmaların inkişafı və inklüziv tərəqqini artırmaq məqsədilə icma quruculuğu üçün təşəbbüslərə dəstək proqramına sənəd qəbulu elan edir.

ABŞ-ın Azərbaycandakı Səfirlyinin məlumatına görə, proqram kiçik layihələrə dəstək əsasında Azərbaycanda firavanlıq və rifahın yaxşılaşdırılması üçün ictimai təşkilatların inkişafı və yeni fərdi təşəbbüslərə xidmət edən dəyərlərin genişlənməsinə yardım edir.

Layihələrin ümumi məbləği 24 000 ABŞ dollarından çox olmamalıdır və layihə Azərbaycandakı gəlir güdməyən qeyri-hökümət təşkilatları (QHT) və assosiyasiyaları, icma əsaslı təşkilatlar (İƏT) və fərdi vətəndaşlar üçün keçərlidir.

Ərizələr martın 16-dək qəbul olunur.

Ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla ala bilərsiniz: https://az.usembassy.gov/az/embassy-az/baku-az/community-building-initiatives-program-az/

XS
SM
MD
LG