Accessibility links

Alimlər qravitasiya dalğlarının mövcud olduğunu sübut edib [Video]


Alimlər qravitasiya dalğalarının mövcud olduğunu sübut edib
please wait

No media source currently available

0:00 0:01:20 0:00

100 ildən çox əvvəl Albert Enşteyn qravitasiya dalğaları ilə bağlı fərziyyəsini irəli sürüb. 2016-cı isə ildə alimlər L-hərfi formasında olan detektorlarından istifadə edərək qravitasiya dalğalarının mövcud olduğunu sübut edib. Bu həftə isə alimlər hətta qravitasiya dalğalarının yaranmasını belə izləyə biliblər.

İki kiçik qalın neyronun bir birinə dəyməsini izləyərək, alimlər ulduzlararası qəza qırıntılarında yaranan qravitasiya dalğalarını müşahidə ediblər.

Onlar eyni zamanda qravitasiya dalğaları ilə çox böyük işığın yarandığını görüb. Bundan əlavə isə…

“Biz həmçinin qamma şüalarının buraxıldığını müəyyən etdik. Bunu daha öncə edən olmamışıdı. İndi biz deyə bilərik ki, iki neytron ulduz bir-birinə dəyəndə, onlar qamma şüaları yaradır. Biz kainatda baş verən iki müəmmalı hadisəni birləşdiririk. Bu isə mühüm bir işdir”, Çikaqo Universitetindən Daniel Holz bildirir.

Soldakı şəkildə iki neytron ulduzun dəydiyi an qəzadan bir gün sonra nöqtə olaraq görünür. 14 gün sonra çəkilən sağdakı şəkildə isə həmin işıq zərrəsi görsənmir. Bu isə böyük bir müəmmanın cavabıdır.

İndi biz deyə bilərik ki, iki neytron ulduz bir-birinə dəyəndə, onlar qamma şüaları yaradır. Biz kainatda baş verən iki müəmmalı hadisəni birləşdiririk. Bu isə mühüm bir işdir.
Daniel Holz

“Biz bununla sınaq keçirdik. Biz qravitasiya dalğalarını və işığı müəyyən etdik və onların eyni sürətlə hərəkət edib-etmədiyini yoxladıq. Nəticədə isə onların heyrətləndirici dərəcədə eyni sürətdə getdiyini gördük”, Holz söyləyir.

Əldə olunan bir digər vacib məlumat da odur ki, qızıl, platin və uran kimi ağır metallar neytron ulduzların çarpışması nəticəsində yaranır.

Alimlər böyük bir müəmmanın üstünü açıb, amma hələ buna bənzər milyonlarla müəmmaya cavab tapılmayıb.

XS
SM
MD
LG