Accessibility links

Qərb dövlətləri Qəzzafi rejiminə təzyiqləri gücləndirir


Liviya paytaxtından 50 kilometr məsafədə yerləşən Zaviyə şəhəri müxalifətin nəzarətindədir
Liviya paytaxtından 50 kilometr məsafədə yerləşən Zaviyə şəhəri müxalifətin nəzarətindədir

Dünya ictimaiyyəti müxalifətə qarşı əzici qüvvədən istifadə edən Müəmmər Qəzzafiyə qarşı təzyiqləri artırmaqdadır.

ABŞ Nümayəndələr Palatasında ifadə verən dövlət katibi Hillari Klinton bilridib ki, Liviya demokratik gələcəklə vətəndaş müharibəsi arasında seçimlə üzləşir. Xanım Klinton Liviydakı böhranı ABŞ xarici siyasəti üçün sınaq adlandıraraq, Müəmmər Qəzzafini hakimiyyətdən getməyə səsləyib. O, əlavə edib ki, ABŞ Liviya xalqına yardım üçün bölgəyə humanitar yardım və hərbi məsləhətçilər göğndərməkdədir.

Bu gün Avstriya artan sayda ölkələr sırasına qoşularaq Liviya lideri və onun tərəfdaşlarının maliyyə vəsaitlərini dondurub. Liviyanın Avstriyada 1.6 milyard dollar saxladığı güman edilir.

Almaniya Qəzzafinin oğluna məxsus 2.8 milyon dolları dondurmağa qərar verib.

Yüksək rütbəli ABŞ diplomatı ölkəsinin Qəzzafi rejiminə iqtisadi və siyasi təzyiqləri davam etdirəcəyini bildirib. ABŞ-ın BMT-dəki səfiri Suzan Raysın sözlərinə görə məqsəd Qəzzafinin hakimiyyətini zəiflətməkdir.

Dünən ABŞ rəsmiləri bütün seçimlərin, o cümlədən "uçuşa qadağan" zonalarının tətbiq edilməsinin masa üzərində olduğunu bildirmişdi. Britaniya baş naziri Devid Kameron ölkəsinin Liviyanın şərq və bəzi qərb bölgələrinə nəzarət edən müxalifət qüvvələrini qorumaq üçün belə bir zonanın yaradılması üzərində işlədiyini bildirib. Bu arada ABŞ hərbi gəmilərinin Liviya sahillərinə tərəf istiqamət götürdüyü xəbər verilir.

Fransa hökumətinin sözçüsü Fransua Baruen Liviya xalqına yardımın hərbi yox, humanitar xarakter daşımasının vacibliyini vurğulayıb. Bu gün Fransa Liviyanın şərqinə dərman və həkim heyətləri ilə dolu iki təyyarə göndərib.

XS
SM
MD
LG