Accessibility links

Qrenlandiya buzlaqları sürətlə əriyir


Ötən həftə Avropa ölkələrini bürüyən rekord istilər indi Qrenlandiya üzərinə çatıb. Qızmar hava adanın buz örtüyünü əridir və beləliklə, Arktikada nəhəng buz örtüyü yoxa çıxmağa başlayıb.

Atlantik və Şimal-Buzlu Okean arasında yerləşən və Danimarkanın yarı-muxtar vilayəti olan dünyanın ən böyük adası Qrenlandiyanın 82 faizi buzla örtülüb.

Danimarka Meteorologiya İnstitutunun iqlim üzrə mütəxəssisi Rut Mottramın sözlərinə görə, Qrenlandiyanın buz örtüyü gündəlik qaydada əriməyə başlayıb və çərşənbə günü bu ilin ən rekord göstəricisi olan 56,5%-ə çatıb.

Təkcə çərşənbə günü buzlaqların əriməsi ilə on milyard tondan çox buz parçaları qırılaraq okeana düşüb.

Bu isə təkcə iyul ayında Qrenlandiyanın itirdiyi buzun çəkisini təqribən 197 milyard tona çatdırır.

XS
SM
MD
LG