Accessibility links

Qırmızı Xaç Federasiyası: Yaponiyada yardım əməliyyatlarına iki milyondan artıq könüllü cəlb edilib


Qırmızı Xaç Federasiyası: Yaponiyada yardım əməliyyatlarına iki milyondan artıq könüllü cəlb edilib
Qırmızı Xaç Federasiyası: Yaponiyada yardım əməliyyatlarına iki milyondan artıq könüllü cəlb edilib

Beynəlxalq Qırmızı Xaç Federasiyası iki milyondan artıq könüllünün Yaponiyada sunami və zəlzələdən sonrakı yardım əməliyyatlarına cəlb edildiyini bildirir. İkinci Dünya Müharibəsindən sonra Yaponiyada baş verən ən dəhşətli təbii fəlakətdən xilas olanlara 115 Fəlakətlərə cavab dəstəsi və minə yaxın tibb işçisi yardım göstərir. Birnömrəli prioritet axtarış və xilas əməliyyatlarıdır. Məcburi köçkünlərə təcili yardım avadanlığı ilə bərabər psixoloji məsləhtələr də verilir. Qırmızı Xaç Yaponiya əhalisinin 30 faizini təşkil edən yaşlıların diqqət mərkəzində olduğunu bildirir.


XS
SM
MD
LG