Accessibility links

Qırmızı Xaçın Suriyada humanitar yardım səylərinə mane olunur


Suriya qüvvələrinin Homs şəhərinə hücumları Qırmızı Xaç Cəmiyyətinin bölgədəki insanları humanitar yardımla təmin etmək səylərinə mane olur.

Səhiyyə rəsmiləri və fəalların bildirdiyinə görə, şəhərin 4 bölgəsi bu gün ağır hücumlara məruz qalıb.

Qırmızı Xaç Cəmiyyəti Suriyanın səlahiyyətli nümayəndələrinin ərzaq və tibbi ləvazımat daşıyan yardım karvanlarının qarşısını aldığını bildirir. Hökumət cümə axşamı günü yardımlara icazə versə də, Suriya qüvvələrinin nəzarətini ələ keçirdiyi Baba Əmr rayonuna yollar bağlanıb.

Human Rights Watch-un bildirdiyinə görə, bir ay ərzində Homsda 700 adam öldürülüb, minlərlə insan yaralanıb. Təşkilatın dünən açıqladığı hesabatında bildirilir ki, bğlgədə hücumlar hər gün səhər yerli vaxtla 6:30-dan başlayaraq axşamadək davam edir.

XS
SM
MD
LG