Accessibility links

Çexoslovakiyadan Vyetnama qədər... QRU-nun ən bədnam əməliyyatları


Sovet tankları Praqanın Wenceslas meydanına daxil olur. 21 avqust 1968-ci il. Verilən məlumata görə, öncəki gecə Sovet İttifaqı və Varşava Paktından olan dörd müttəfiq Çexoslovakiyanı işğal edib.

Rusiyanın hərbi kəşfiyyatı (daha öncə QRU, yəni Baş Kəşfiyyat İdarəsi. rusca: Главное Разведывательное Управление) iki ay sonra əsasının qoyulmasının 100 illiyini qeyd edəcək. QRU Qızıl Ordunun vahidi kimi yaradılmışdı. İdarənin vəzifəsi xaricdə bütün agent kəşfiyyatı və diversiya fəaliyyətinin aparılması idi. İdarə 2018-ci ildə adını dəyişsə də, QRU abbreviaturası Qərb mətbuatının səhifələrindən yoxa çıxmır.

QRU Qızıl Ordunun vahidi kimi yaradılmışdı. İdarənin vəzifəsi xaricdə bütün agent kəşfiyyatı və diversiya fəaliyyətinin aparılması idi.

1968-ci il Sovet qoşunlarının Çexoslovakiyaya daxil olması QRU əməliyyyatı və yalandan sonra baş tutdu. 21 avqust gecəsi An-24 Sovet təyyarəsi Praqa hava limanında fövqəladə eniş istədi. Bundan sonra, təyyarədə olan QRU desantı hava limanının dispetçer qülləsini ələ keçirdi və bununla da hava limanına desant və hərbi texnika daşıyan digər Sovet təyyarələri enməyə başladı.

Eyni ildə QRU Vyetnamda da “fərqlənməyə” müvəffəq olub. Sovetin xüsusi təyinatlı qüvvələri unikal hədəfalma sistemi ilə təchiz olunmuş ABŞ hərbi helikopterlərinin bazasını ələ keçirdi.

Əfqanıstan prezidenti Hafizualla Amin hakimiyyətə 1979-cu ilin senytabrında gəlir və dekabr ayında SSRİ qüvvələri tərəfindən qətlə yetirilir. Qətlindən sonra Amin, Sovet meylli liderlə əvəz edilir. (AP Photo)
Əfqanıstan prezidenti Hafizualla Amin hakimiyyətə 1979-cu ilin senytabrında gəlir və dekabr ayında SSRİ qüvvələri tərəfindən qətlə yetirilir. Qətlindən sonra Amin, Sovet meylli liderlə əvəz edilir. (AP Photo)

Sovet hərbi kəşfiyyatın digər məşhur əməliyyatı 1979-cu ildə olub. Həmin ilin dekabr ayında QRU Əfqanıstanın inqilab şurasının sədri Hafizulla Aminin sarayını ələ keçirdi. “Fırtına-333” adlanan əməliyyat sovet qüvvələrinin Əfqanıstana daxil olmasının başlanğıc nöqtəsi oldu. Bu əməliyyatda KQB-nin və QRU-nun 700 əməkdaşı iştirak edib. Onlara Aminin 2000 nəfərdən ibarət şəxsi mühafizəsi müqavimət göstərirdi. Hafizulla Amin iki oğlu bərabər əməliyyat zamanı qətlə yetirilib.

1992-ci ildə QRU adını dəyişir. Hərbi kəşfiyyatın yeni adı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi olur. 2000-ci illərdə isə idarənin xarici əməliyyatlarla məşğul olması təklif edilir.

2000-ci ildə idarə hətta kommersiya fəaliyyəti ilə məşğul olmağa çalışdı. İdarə “Sovinformsputnik QSC” vasitəsilə Sovet və Rusiya peykləri ilə çəkilmiş ərazi fotolarını satmağa başladı.

2004-cü ildə tanınmamış İçkeriya Çeçen Respublikasının prezidenti vəzifəsinin icra etmiş və Çeçenistanda Rusiyanın federal qüvvələrinə qarşı hərbi əməliyyatlarında iştirak etmiş Zəlimxan Yandarbiyev Qətərdə öldürülür. Dohada Yandarbiyevin maşını partladılandan sonra Qətər hakimiyyəti həmin qətldə üç rusiyalını ittiham edir. Rusiyanın Xarici İşlər Nazirliyi hücumun Rusiya kəşfiyyat qüvvələri tərəfindən keçirildiyini etiraf etdikdən sonra ittiham edilənlər azadlığa buraxılır.

Sabiq Çeçenistan lideri Zəlimxan Yandarbiyevin partlayış nəticəsində qətlə yetirildiyi ərazi. Doha, Qətər.13 fevral, 2004-cü il. (AP Photo)
Sabiq Çeçenistan lideri Zəlimxan Yandarbiyevin partlayış nəticəsində qətlə yetirildiyi ərazi. Doha, Qətər.13 fevral, 2004-cü il. (AP Photo)

Bu ilin mart ayında Britaniyanın Solsberi şəhərində QRU-nun sabiq polkovniki Sergey Skripal və onun qızı zəhərlənir. Britaniya polisinin verdiyi məlumata görə, bu hücumu həmin kəşfiyyat idarəsinin əməkdaşları icra edib. ​

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG