Accessibility links

Tədqiqatçılar uşaq ölümünün əsas səbəbinə qarşı vaksin inkişaf etdirilməsinə çağırır [Video]


Tədqiqatçılar uşaq ölümünün əsas səbəbinə qarşı vaksin inkişaf etdirilməsinə çağırır
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Alimlər dünya boyu ölü doğum və uşaq ölümü hallarının ən böyük səbəblərindən biri üçün vaksin yaratmaq səylərinin yenilənməsinə çağırır. Dünya boyu təxminən beş hamilə qanından biri Qrup B Streptokok bakteriyasını daşıyır və onların çoxunda simptomlar özünü biruzə vermir. Lakin infeksiyanın daha doğulmamış və yeni doğulmuş körpələr üçün ölümcül nəticələri ola bilər, xüsusilə də antibiotik kimi ənənəvi müalicə üsullarının olmadığı yerlərdə.

Qrup B Streptokok bakteriyası ana bətnindəki körpəyə ya da doğuş zamanı yeni doğulan körpələrə yoluxa bilər. Əgər müalicə olunmasa o, meningit və ya septisemiya kimi daha ciddi infeksiyalara səbəb ola bilər.

Bizim araşdırmanın yeni nəticələri Qrup B Streptokokun qarşısını almaq üçün analara vaksin vurmağın vacibliyini daha aydın şəkildə vurğulayır. Ən əvvəldən bizim məqsədimiz o olmalıdır ki, həmin vaksin ən yoxsul insanlar, xüsusilə də bu halların çox yüksək olduğu Afrika üçün əlverişli olsun.
Coy Loun

London Gigiyena və Tropik Təbabət Məktəbinin apardığı yeni araşdırmanın nəticələri göstərir ki, hər il rast gəlinən 410 min haldan azı 147 mininin qarşısı alına bilinən ölü doğum və uşaq ölümü ilə nəticələnir.

“Bu təxmini hesablamadır çünki, faktiki olaraq, Asiyanın böyük hissəsində Qrup B Streptokok və ya ölü doğumun digər yoluxucu səbəbləri ilə bağlı məhdud məlumat mövcuddur”, deyə Coy Loun bildirir.

Qrup B Streptokok infeksiyasının yayılma halları dünyanın müxtəlif yerlərində fərqlidir. Asiyada bu rəqəm 11 faizdir, Karib adalarında isə 35 faiz. Birləşmiş Ştatlarda da infeksiya halları yüksəkdir. Lakin bu infeksiya nəticəsində ölən uşaqların sayı mövcud olan müalicə üsullarına görə dəyişir.

Bu, digər yoluxucu xəstəliklər kimi təkcə yoxsul ölkələrdə mövcud deyil. Amma ən çox infeksiya və ölüm hallarının olduğu qitə Afrikadır.

Ən azı 60 ölkədə infeksiyanın qarşısını almaq üçün hamilə qadınlarda antobiotikdən istifadəyə dair xüsusi qaydalar var. Onlardan biri Birəşmiş Ştatlardır. Lakin Afrikada səhiyyə sistemləri Qrup B Streptokoku yoxlayıb, müalicə etmək imkanına malik deyil.

“Bizdə uşaqların yarısı hələ də evdə doğulur. Bunu edənlər də ən yoxsul insanlardır. Amma hətta xəstəxanalarda belə biz elə imkanlara malik deyilik ki, mürəkkəb müalicələr tətbiq edək”, deyə Loun bildirir.

Həkimlər deyir ki, infeksiyanı daşıyan təxminən 21.7 milyon hamilə qadına antibiotik vermək böyük qlobal səhiyyə böhranı sayılan antimikrobik müqavimətə gətirib çıxara bilər. Bundan əlavə isə bunu etmək çox baha başa gəlir.

Qrup A Streptokok
Qrup A Streptokok

“Bizim araşdırmanın yeni nəticələri Qrup B Streptokokun qarşısını almaq üçün analara vaksin vurmağın vacibliyini daha aydın şəkildə vurğulayır. Ən əvvəldən bizim məqsədimiz o olmalıdır ki, həmin vaksin ən yoxsul insanlar, xüsusilə də bu halların çox yüksək olduğu Afrika üçün əlverişli olsun”, Loun söyləyir.

Hazırda ən azı dörd vaksin inkişaf etdirilir. Lakin onlardan heç birinin azı 5 il ərzində lisenziya alacağı gözlənilmir. Tədiqatçılar isə deyir ki, o vaxtadək səhiyyə sistemləri Qrup B Streptokoku mümkün olduğu qədər antiobotiklərlə müalicə etməyə davam etməlidir.

XS
SM
MD
LG