Accessibility links

Qırğızıstan qanunveriləri Oşa beynəlxalq polisin yerləşdirilməsinə mane ola biləcəklərini bildiriblər


Roza Otunbayeva ATƏT-in qərarına etiraz edən yerli rəsmilərlə görüş keçirib

Qırğızıstan qanunveriləri Oş şəhərinə beynəlxalq polis heyətini yerləşdirilməsinə mane ola biləcəkləri barədə xəbərdarlıqla çıxış edib. Bu gün Oşa səfər edən prezident Roza Otunbayeva ATƏT-in bölgəyə polis heyəti göndərməsi qərarına etiraz edən yerli rəsmilərlə görüş keçirib. Qırğız rəsmiləri bir ay əvvəl 2000-ə yaxın adamın ölümü ilə nəticələnən etnik özbəklərlə qırğızlar arasında baş qaldıran zorakıqllardan sonra beynəlxalq ictimaiyyəti yardım göstərməyə çağırmışdı. ATƏT keçən həftə Qazaxıstan görüşü zamanı Qırğızıstana 52 nəfərdən ibarət polis heyəti göndərilməsinə qərar vermişdi.

XS
SM
MD
LG