Accessibility links

Qırğızıstanda naməlum şəxs polis məntəqələrini partlatmaq istəyib


Qırğızıstanda naməlum şəxs polis məntəqələrini partlatmaq istəyib
Qırğızıstanda naməlum şəxs polis məntəqələrini partlatmaq istəyib

Polis partlayıcı maddəni zərərsizləşdirə bilib

Qırğızıstan rəsmilərinin verdiyi məlumata görə, naməlum şəxs oğurlanmış maşından istifadə edərk paytaxt Bişkekdə polis qərargahlarını partlatmağa çalışıb. Təhlükəsizlik rəsmiləri bildirib ki, polis ekspertləri içərisində qaz silinderi və mobil telefon yerləşdirilmiş avtomobili tapandan sonra bu gün partlayıcı maddəni zərərsizləşdirib. Məlumata görə, qurğu 10 kiloqramlıq dinamit gücündə partlayıcı qüvvəyə malik idi. Bomba keçən ay Bişkekdə stadion yaxınlığında partladılmış bombanın oxşarı olub. Partlayış zamanı iki polis zabiti yaralanmışdı.

XS
SM
MD
LG