Accessibility links

Qırğızıstanda qiyamçılar iğtişaşlara cəhd göstərib


Son iğtişaşlar müvəqqəti hökumətin ölkədə demokratiyanın bərqarar olunması üçün yeni plan layihəsini hazırladığını bəyan etdikdən sonra başlayıb.

Yüzlərlə qiyamçı dəyənək və daşlarla silahlanaraq siyasi sabitliyi pozmaq məqsədi ilə Qırğızıstan paytaxtı Bişkekdən kənarda ərazini müsadirə etməyə cəhd göstəriblər.

Son iğtişaşlar müvəqqəti hökumətin ölkədə demokratiyanın bərqarar olunması üçün yeni plan layihəsini hazırladığını bəyan etdikdən sonra başlayıb.

Bazar ertəsi Qırğızıstanın müvəqqəti hökuməti Mərkəzi Asiyanın problemli dövlətində demokratiyanın bərqarar olunması üçün yeni planın layihəsini hazırladığını bəyan edib.

Müvəqqəti hökumətin yüksək səviyyəli rəsmilərindən biri bazar ertəsi günü bildirib ki, islahat planının adı “Demokratiyaya Dönüş”-dür. O, konstitusiyaya nəzərdə tutulan dəyişikliklərin bu il referendumda müzakirəyə çıxarılacağını söyləyib.

Resmilər ümummilli seçkilərin altı ay ərzində keçiriləcəyini qeyd edib.

Qırğızıstanın müvəqqəti hökuməti cənubda ədavətin davam etməsinə baxmayaraq bütün ölkəni idarə edən hökumət olaraq qaldığını bazar günü bildirib.

Devrilmiş prezident Qurbanbek Bakiyevin tərəfdarları bazar günü Cəlilabad şəhərində hökumət binasını müsadirə etmiş və yerli televiziyanı tutmuşlar.

Aprelin 7-də baş verən üsyan nəticəsində cənab Bakiyev istefa vermiş və ölkəni müttəfiqlərinə buraxaraq Qırğızıstandan Qazaxıstana getmişdir.

Qazax rəsmiləri bazar günü bildirib ki, cənab Bakiyev artıq ölkəni tərk edib. Onun harada olduğu məlum deyil.

XS
SM
MD
LG