Accessibility links

Qırğızıstanın müvəqqəti hökuməti cənab Bakiyevin qohumları haqda verilən məlumata görə pul mükafatı təklif etdi


Qırğız hökuməti bildirib ki, ağır cinayətlərinə görə axtarılan rəhbərin qohumları və yaxınlarını tapmağa kömək edənlərə 20 000-dən 100 000 dollara qədər mükafat veriləcək.

Qırğızıstanın müvəqqəti hökuməti devrilmiş prezident Kurmanbek Bakiyevin axtarışda olan qohumları və həmkarlarının həbsinə gətirib çıxaracaq məlumatlara görə pul mükafatı təklif edib.

Qırğız hökuməti bildirib ki, ağır cinayətlərinə görə axtarılan rəhbərin qohumları və yaxınlarını tapmağa kömək edənlərə 20 000-dən 100 000 dollara qədər mükafat veriləcək.

Şübhəli şəxslər siyahısına cənab Bakiyevin oğulları, üç qardaşı və keçmiş baş naziri Daniyar Usenov daxildir.

Cənab Bakiyev aprelin 7-də 85 nəfərin ölümünə səbəb olan qanlı qiyam nəticəsində hakimiyyətdən devrilib.

Qırğızıstanın müvəqqəti hökuməti qanlı qiyama səbəb olan devrilmiş lideri “kütləvi qətllərdə” ittiham edib. Qırğız hökuməti bildirib ki, keçmiş lider təhlükəsizlik qüvvələrinə dövlət əleyhinə çıxan nümayişçilərə atəş açmaqhaqda sərəncam verib.

Korrupsiya və qohumbazlıqda təqsirləndirilən cənab Bakiyev devrildikdən sonra müxalif qüvvələr hakimiyyəti ələ alıb.

XS
SM
MD
LG