Accessibility links

Qırğızıstanın yeni prezidenti 2014-cü ildən sonra Manas bazasını bağlayacaq


Qırğızıstanın yeni prezidenti 2014-cü ildən sonra Manas bazasını bağlayacaq
Qırğızıstanın yeni prezidenti 2014-cü ildən sonra Manas bazasını bağlayacaq

Qırğızıstan yeni seçilmiş prezidenti Birləşmiş Ştatlara bildirib ki, 2014-ci ildə razılıq müddəti başa çatandan sonra Manas hərbi bazası bağlanacaq.

Bazar günü keçirilən seçkilərdə 60 faizdən artıq səslə qalib gələn sabiq baş nazir Almazbek Atambayev açıqlamasına görə, Qırğızıstan cari razılığı pozmasa da, sazişin uzadılmasında maraqlı deyil.

Birləşmiş Ştatlar Manas mülki hava limanına bitişik olan bu bazanı Əfqanıstan müharibəsinə təchizatların çatdırılmasına əsas tranzit mərkəzdir. Ancaq cənab Atambayev ABŞ-a İraq və Əfqanıstanda müharibəni, o cümlədən İranla gündən-günə pisləşən əlaqələri xatırladaraq bildirib ki, o, ölkəsinin hədəf olmasını istəmir.

Onun sözlərinə görə, ABŞ hərbi münaqişələrə cəlb olunub: “Mən istəmirəm bu ölkələrdən hər hansı biri hərbi bazaya qarşı qirar hücumu həyata keçirsin. Mülki hava limalı mülki əhaliyə xidmət etməlidir”. Onun fikrincə bu strateji məsələ deyil, bu, sadəcə insan məsələsidir.

XS
SM
MD
LG