Qırğızıstana prezident seçilmiş Almazbek Atambayevin paytaxt Bişkekdə indiçmə mərasimi olub. Cənab Atambayev Sovet İttifaqı dağılandan bəri Qırğızıstanda hakimiyyət başına sülh yolu ilə gələn ilk prezidentdir. Qırğızıstanın sabiq baş naziri Almazbek Atambayev oktyabrın 30-da keçirilən prezident seçkiləri zamanı 62 faiz səslə qələbə əldə etdi. Qırğızıstanın yeni konstitusiyasına əsasən cənab Atambayev prezident vəzifəsini 6 il icra edəcək.
Almazbek Atambayev keçən il genişmiqyaslı nümayişlərdən sonra devrilən prezident Kurmanbek Bakiyevin yerinə müvəqqəti olaraq prezident vəzifəsini icra edən Roza Otunbayevanı əvəz edəcək.