Accessibility links

Quam Pxenyanın təhdidlərinə cavab olaraq strateji adaların təhlükəsiz olduğunu bildirir


Birləşmiş Ştatların ərazisi olan Quamın rəsmiləri Şimali Koreyanın Sakit okeandakı strateji adaları təhdid etməsindən sonra sakinləri ərazinin təhlükəsiz olduğuna əmin ediblər.

Şimali Koreyanın mərkəzi xəbər agentliyi Quama qarşı raket hücumu keçirilməsi ilə bağlı planın nəzərdən keçirildiyi haqda məlumat verib.

Pxenyan bu açıqlamanı ABŞ prezidenti Donald Trampın Şimali Koreyaya xəbərdarlığından sonra verib. Tramp xəbərdarlıq edib ki, Pxenyan ya Birləşmiş Ştatları təhdid etməyi dayandırmalıdır, ya da bunun ciddi nəticələri ilə üzləşəcək.

“Yaxşısı budur Şimali Koreya Birləşmiş Ştatları təhdid etməsin. Onlar dünyanın indiyə qədər görmədiyi atəş və qəzəblə qarşılaşacaq..”, deyə prezident Tramp bildirib.

Bu arada, ABŞ mediası Birləşmiş Ştatların Şimali Koreyanın raketlərdə yerləşdirilə biləcək miniatür nüvə başlıqlarına malik olduğu haqda nəticə çıxardığını bildirib.

ABŞ-ın Washington Post qəzeti və NBC News tele-kanalı kimi media vasitələrinin verdiyi məlumata əsasən, Müdafiə Nazirliyinin kəşfiyyat agentliyi keçən ay Pxenyanın dünyanın doqquzuncu tam nüvə qabiliyyətli ölkəsi olmaq səylərini inkişaf etdirərək, nüvə başlıqlarına malik olduğuna dair nəticə çıxarıb.

Şimali Koreya əvvəllər də BMT-nin Pxenyanın nüvə silahı sınaqları əlaqədar tətbiq edilmiş sankiyalarına cavab olaraq Birləşmiş Ştatları nüvə müharibəsi ilə təhdid edib.

XS
SM
MD
LG