Accessibility links

Quaydo Venesuelanı böhrandan qurtarmaq üçün Norveçə nümayəndələr göndərib


Venesuela müxalifətinin lideri Xuan Quaydo Cənubi Amerika ölkəsindəki böhranın həll olunmasına kömək olaraq Norveçə nümayəndə heyətini göndərdiyini təsdiqləyib, lakin onların prezident Nikolas Maduronun nümayəndələri ilə danışıqlar apardığını inkar edib.

Quaydo Karakasdakı çıxışı zamanı deyib ki, “Norveçdəki bəzi nümayəndələr” Venesuelada olan siyasi və iqtisadi böhrana “vasitəçilik etməyə çalışırlar”.

Bu, bizim venesuelalıların hazırladığı və müəyyən etdiyi təşəbbüsü inkişaf etdirməyimiz üçündür. Başqa hər şey spekulasiyadır.

“Bu, bizim venesuelalıların hazırladığı və müəyyən etdiyi təşəbbüsü inkişaf etdirməyimiz üçündür. Başqa hər şey spekulasiyadır,” Venesuelanın müxalifət lideri Xuan Quaydo deyib.

Birləşmiş Ştatlar və təxminən 50-yə digər ölkə Quaydonu Venesuelanın qanuni prezidenti olaraq tanıyır. Venesuela Birləşmiş Ştatlarla Maduro rejimini hərbi avadanlıqla təmin edən Rusiya və Maduroya yardım məqsədilə qoşun yollamaqda ittiham edilən Kuba arasında gərginliyə səbəb olub.

Venesuela yanvar ayının sonundan etibarən dərin siyasi bir böhran yaşayır. Venesuela Parlamenti müxalifət tərəfindən idarə olunur. Quaydo Maduronun vəzifədə qeyri-qanuni olduğunu söyləyərək, özünü ölkənin müvəqqəti prezidenti elan edib.

Birləşmiş Ştatlar Nikolas Maduronu seçkiləri saxtalaşdırmaqda ittiham edərək Venesuelanın prezidenti kimi tanımaqdan imtina edir.
Birləşmiş Ştatlar Nikolas Maduronu seçkiləri saxtalaşdırmaqda ittiham edərək Venesuelanın prezidenti kimi tanımaqdan imtina edir.

Norveçdə danışıqlar ordu aprelin 30-da müxalifət lideri və özünü ölkənin prezidenti elan edən Xuan Quaydonun onları Maduroya qarşı çıxmaq çağırışlarını rədd edəndən sonra keçirilir.

Birləşmiş Ştatlar çərşənbə günü ABŞ-la Venesuela arasında bütün kommersiya uçuşlarını təxirə salıb.

Nəqliyyat naziri Eleyn Çao deyir ki, o, dövlət katibi və milli təhlükəsizlik naziri ilə birlikdə Venesuelada “sərnişinlər, təyyarə və ekipaj üzvlərinə təhlükə yaradan”vəziyyəti müəyyən edib.

Bir çox beynəlxalq, o cümlədən Birləşmiş Ştatların bəzi hava yolları şirkətləri siyasi iğtişaş səbəbilə Venesuelaya uçuşları dayandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG