Accessibility links

Quaydo xalqı etirazlara çağırır


Venesuela müxalifət lideri Xuan Quaydo Ekvadora səfər zamanı, 3 mart, 2019.
Venesuela müxalifət lideri Xuan Quaydo Ekvadora səfər zamanı, 3 mart, 2019.

Venesuela müxalifət lideri Xuan Quaydo Venesuela xalqını küçələrə çıxaraq etirazlar keçirməyə çağırıb. Quaydo bazar ertəsi günü Latın Amerikanın müttəfiq ölkələrinə səfərini başa vuraraq Venesuelaya qayıdır.

“Mən ölkəyə qayıtmağımı elan edirəm. Mən Venesuela xalqını bütün ölkə boyu səhər saat 11-də səfərbər olmağa çağırıram”, Quaydo Twitter səhifəsində yazıb.

Amerika Birləşmiş Ştatları və dünyanın 50 başqa ölkəsinin Venesuelanın müvəqqəti lideri kimi tanıdığı Xian Quaydo Venesuelanın Milli Assambleyasının başçısıdır. O, səlahiyyətlərindən istifadə edərək konstitusiyaya istinad edib seçki pozutuntuları ilə əlaqədar prezident Nikolas Maduronun rəhbərliyinin qeyri-legitim olduğunu və özünün müvəqqəti prezident olduğunu elan edib.

Quaydo Maduronun istefası üçün təzyiqləri artırmaq məqsədilə Latın Amerikası ölkələrinə səfərinin bir hissəsi olaraq şənbə günü Ekvadorda olub.

Mən Venesuela xalqını bütün ölkə boyu səhər saat 11-də səfərbər olmağa çağırıram.

Keçən həftə Birləşmiş Ştatların müvəqqəti prezident kimi tanıdığı Xuan Quaydo ABŞ-ın vitse-prezidenti Mayk Penslə və digər regional liderlərlə görüşdükdən sonra Braziliya və Paraqvaya səfər edib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens və Venesuela müxalifət lideri Xuan Quaydo Kolumbiya paytaxtı Boqotada görüş zamanı, 25 fevral, 2019.
ABŞ-ın vitse-prezidenti Mayk Pens və Venesuela müxalifət lideri Xuan Quaydo Kolumbiya paytaxtı Boqotada görüş zamanı, 25 fevral, 2019.

Birləşmiş Ştatlar cümə günü Venesuelaya təzyiqləri daha da artıraraq, yüksək səviyyəli altı rəsmiyə qarşı sanksiyalar tətbiq edib və onlarla yüksək səviyyəli Venesuela rəsmisinin vizalarını ləğv edib.

Tramp administrasiyası bildirib ki, sanksiyalar keçən həftə müxalifət tərəfindən dəstəklənən ərzaq yardımının gətirilməsi səylərinin qarşısını alan Venesuela hərbi rəsmilərinin hərəkətlərinə cavab olaraq tətbiq edilib. Sərhəddə bir məntəqədə yük maşınlarında yanğın baş verib və bir neçə insan həyatını itirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG