Accessibility links

Quaydo yenidən kütləvi etirazlara çağırır


Xuan Quaydo
Xuan Quaydo

Venesuelanın müxalifət lideri Xuan Quaydo çərşənbə günü Nikolas Maduronu istefa verməyə inandırmaq üçün yeni kütləvi etirazların keçirilməsinə çağırır.

Quaydo çərşənbə axşamı günü axşam saatlarında deyib ki, Maduronun hələ də Venesuela ordusunun etimad və dəstəyinə sahib olduğuna dair iddiaları yalandır.

O deyir ki, Maduroya qarşı etirazlar bütün dünyanın diqqət mərkəzindədir və insanlar rejimə qarşı təzyiq göstərməyə davam etməlidir.

Maduro televiziyada çıxış edərək, müxalifətin Birləşmiş Ştatlar və Kolumbiyanın dəstəklədiyi “qanunsuz hakimiyyət”qurmaq istədiyini söyləyib. O deyib ki, Venesuela hər cür aqressiyanın qurbanı olub.

Venesuelada etiraz
Venesuelada etiraz

Prezident Donald Tramp çərşənbə axşamı Kubanı Venesuelaya hərbi və digər sahələrdə dəstəyini “dərhal dayandırmadığı” təqdirdə ada ölkəsinə qarşı tam embarqo və yüksək səviyyəli sanksiyalar tətbiq etməklə hədələyib.

Trampın tvitindən bir neçə dəqiqə sonra onun dövlət katibi Maduronun çərşənbə axşamı səhər saatlarında Venesuelanı tərk etməyə hazır olduğunu, lakin rusiyalıların onun fikrini dəyişdiyini bəyan edib.

“O, Havanaya gedəcəkdi”- deyə, Mayk Pompeo CNN-ə bildirib.

Bundan öncə isə ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton Cənubi Amerika ölkəsində “çox ciddi vəziyyətin” olduğunu söyləyib və deyib ki, Tramp oradakı vəziyyəti “dəqiqəbədəqiqə” izləyir.

Tramp administrasiyası Maduronun hakimiyyətdə qalmasını təmin etdiklərinə görə Kuba və Rusiyanı günahlandırır. O, 2013-cü ildə uğursuz çevriliş cəhdindən sonra seçkilərdə qalib gələrək Hüqo Çavezdən sonra hakimiyyətə gəlib.

Venesuelada etiraz
Venesuelada etiraz

“Biz rusların Venesuelaya müdaxilə etməməsini gözləyirik” – deyə, Bolton çərşənbə axşamı Ağ Evin önündə müxbirlərə bildirib.

Bolton Venesuelanın müdafiə naziri, ali məhkəməsinin baş hakimi və prezidentin mühafizə xidmətinin başçısını “bu gün də ya axşamı hərəkətə keçərək” Maduronun hakimiyyətdən devrilməsini dəstəkləməyə çağırıb.

Dövlət Departamentində keçirilən brifinq zamanı, idarənin Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib ki, belə görünür Maduro hökümətinin üç yüksək vəzifəli rəsmisi daxili Venesuela danışıqları zamanı verdikləri sözü tutmur.

“Əgər bu cəhdlər uğursuz olsa, onlarda diktatura dərinləşəcək və oradan çıxmaq üçün çox az sayda alternativ olacaq” Bolton qeyd edib.

XS
SM
MD
LG