Bu gün Xaçmaz Rayon Məhkəməsində Anar İbrahimovun sədrliyilə 1 mart Quba hadisələri ilə bağlı ittiham olunan 6 nəfərin işi üzrə hazırlıq iclası keçirilib.
Müttəhimlər kürsüsündə Quba bələdiyyəsinin rəhbəri Elxan Əliyev, yerli “Xəyal” TV-nin icraçı direktoru və redaktoru Vüqar Qonaqovla Zaur Quliyevvə başqaları əyləşiblər.
Onlara qarşı CM-in 233-cü (ictimai asayişin pozulması), 309.2 (vəzifə səlahiyyətlərini aşma), 186.2 (əmlaka ziyan vurma) və 315.2-ci (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək) maddələrilə ittihamlar irəli sürülüb.
Proses noyabrın 30-da Quba məhkəməsində başlanmalı idi. Lakin hakim Füzuli Pənahov imtina edib, çünki həmin hadisələr üzrə digər bir qrupun işinə baxır.
Sumqayıt Apellyasiya Məhkəməsi işi ərazi yurisdiksiyası üzrə qonşu Xaçmaz rayonuna göndərib.
Müşahidəçilərin fikrincə, müttəhimlər kürsüsündə tanınmış adamların olması ilə əlaqədar Quba sakinlərinin etiraz aksiyasından ehtiyatlanaraq işə qonşu Xaçmazda baxılır.
Bugünkü iclasda vəkillər həbs qətimkan tədbirinin ev həbsi ilə əvəzlənməsi barədə vəsatətlə çıxış ediblər. Lakin prokuror Əhəd İbrahimov buna qarşı çıxıb.
V.Qonaqov deyib ki, “onu həbsdə saxlasınlar, o birilərini isə yaşlarını nəzərə alaraq azad etsinlər”. O həmçinin müttəhimlərin günahsız olduqlarını söyləyib.
“Rauf Həbibovun çıxışı yazılmış diski bələdiyyə rəhbərinə mən vermişəm. Məni həbsdə saxlayın, o birilərini azad edin”, - V.Qonaqov vurğulayıb.
Hakim vəsatəti baxılmamış saxlayıb və işə baxılmasını dekabrın 19-na təyin edib.
Qeyd edək ki, prosesi izləmək üçün Qubadan 50-yə yaxın adam gəlib. Onlar məhkəmənin həyətində müttəhimləri “eşq olsun!” sözləri ilə qarşılayıblar.
Martın 1-də minlərlə qubalı mitinqə çıxaraq yerli sakinləri təhqir etdiyinə görə rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefasını tələb edib. İcra başçısının çıxışı İnternetdə yerləşdirilib. Aksiya iğtişaşlara çevrilib, R.Həbibovun villası yandırılıb, rayon İcra Hakimiyyətinə ciddi ziyan dəyib. Növbəti gün R.Həbibov vəzifəsindən azad edilib.
İş üzrə məhkəmə qarşısında 30 nəfərdən ibarət 4 qrup dayanıb.