Accessibility links

Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır


Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır
please wait

No media source currently available

0:00 0:11:31 0:00

ABŞ-ın Rutgers universitetində dərs deyən iqtisadçı-alim Qubad İbadoğlu Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə Azərbaycanda idarəetmə strukturunun təkmilləşdirilməsi ilə bağlı atılan son addımlar və 2019-cu il üçün iqtisadi perspektivlər haqda danışıb.

“Bütövlükdə dəyərləndirəndə, yəni büdcənin xərclərinin optimallaşdırılması, bu sahəyə ayrılan maliyyənin rasionallaşdırılması baxımından, idarəetmənin daha çevik qurulması nöqteyi-nəzərindən bunu təqdir etmək mümkündür” - deyə, iqtisadçı-ekspert bildirib.

Lakin Qubad İbadoğlu müsbət qərarlarla yanaşı, onun fikrincə, bu gün üçün “uzlaşmayan qərarların” da olduğunu deyib. “Məni narahat edən səbəblərdən biri odur ki, daha çox beyin mərkəzləri, elmin inkişafı, bilik fondu, kitabxanalar, Azərbaycan üçün, xüsusilə də qeyri-neft sektoru üçün, ölkənin gələcək inkişafı üçün fundamental elmi-tədqiqatların maliyyələşdirilməsinə müəyyən mənada dəstək olan, mən demirəm ki, əhəmiyyətli bir töhfə veriblər indiyə qədərki fəaliyyətlərində, amma onların ləğvi istənilən halda o qədər də hesab edirəm ki, indiki dövrün tələbləri ilə uzlaşmır.”

Qubad İbadoğlu bildirib ki, idarəetmədə struktur islahatlarına kompleks yanaşma olmalıdır. “Yəni bu, bir neçə ildən bir neçə təşkilatın ləğv olunması və yaxud da birləşdirilməsi ilə yekunlaşmalı deyil. Bunun üçün mütləq bir konsepsiya olmalıdır və bu konsepsiya müəyyən bir dövrü əhatə etməlidir. Burada bütün qərarlar, bütün fəaliyyətlər bir-birini tamamlamalıdır və uzlaşmalıdır. O baxımdan hesab edirəm ki, kompleks yanaşma daha çox səmərə verərdi, nəinki ayrı-ayrı sektorlarda müəyyən limitlərin ləğvi və yaxud da birləşdirilməsi, yenidən təşkili hesab etmirəm ki, bütövlükdə idarəetmədə struktur islahatları adlandırıla bilər.”

İqtisadçı-ekspert qeyri-neft sektorunun stimullaşdırılması və inkişaf etdirilməsi üçün atılmalı olan addımları qeyd edib. “2019-cu ilin əsas çağırışlarından biri o olmalıdır ki, 2019-da biz düzgün məzənnə siyasəti, monetar siyasət, pul-kredit siyasəti ilə qeyri-neft sektorunu stimullaşdırmalıyıq. Bu gün bilirsiniz, bütövlükdə kapital qoyuluşları iqtisadiyyatda azalıb ötən ilin yekunlarına görə. Eyni zamanda, kredit qoyuluşları aşağı düşür və bu, son nəticədə həm də qeyri-neft sektorunda maliyyə tələbatının təmin edilməsi istiqamətində problemlərin mövcud olduğunu deməyə əsas verir. O baxımdan hesab edirəm ki, bunların həlli qeyri-neft sektorunun müsbət inkişafına, yeni iş yerlərinin açılmasına, Azərbaycanın istehlak bazarında yerli malların payının artmasına gətirib çıxara bilər.”

Qubad İbadoğlu 2019-cu ildə Azərbaycan iqtisadiyyati üçün əsas gözləntiləri ilə bölüşüb. “Azərbaycanda əhalinin artımı və Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin ötən il azalmasının bu il də davam edəcəyi gözlənilir. Bu, son nəticədə Azərbaycanın Qafqazda regionun lideri, iqtisadi qüdrətli dövləti mövqeyinin əldən verilməsinə gətirib çıxaracaq” - deyə, o bildirib.

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG