Accessibility links

Qubad İbadoğlu: Merkelin səfəri demokratiya sahəsində problemlərin həlli üçün müəyyən zəmin yarada bilər [Video-müsahibə]


Qubad İbadoğlu: Merkelin səfəri demokratiya sahəsində problemlərin həlli üçün müəyyən zəmin yarada bilər
please wait

No media source currently available

0:00 0:11:11 0:00

Almaniya kansleri Angela Merkel bu həftə avqustun 23-dən 25-nə kimi Cənubi Qafqaz ölkələrinə səfər edir. Azərbaycan Demokratiya və Rifah hərəkatı kansler Merkelə Azərbaycana səfərindən öncə müraciət qəbul edib. Sənəddə Dağlıq Qarabağ problemi, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər, demokratiya və azadlıqlarla bağlı təkliflər kansler Merkelin diqqətinə çatdırılıb. Azərbaycan Demokratiya və Rifah hərəkatının sədri Qubad İbadoğlu Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə Almaniya kansleri Angela Merkelə müraciət və onun Azərbaycana səfərindən gözləntilərdən danışıb.

Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah hərəkatının müraciətində Azərbaycan-Almaniya münasibətləri, Azərbaycanın avro-atlantik məkana inteqrasiyası məsələlərinə toxunulduğunu qeyd edib. O, kansler Merkelə müraciətin ünvanlanmasının əsas səbəbinin Almaniyanın Azərbaycanın əsas ticari, investisiya tərəfdaşlarından biri olması, eləcə də Almaniya və Azərbaycan arasında tarixi əlaqələrin mövcudluğu ilə bağlı olduğunu qeyd edib.

Amerika Birləşmiş Ştatları-Türkiyə münasibətləri və Amerika Birləşmiş Ştatları-İran münasibətləri, Rusiya münasibətlərində Cənubi Qafqaz regionunun önəmli yeri bu səfərin indiki zamanda reallaşması üçün əsas arqumentlərdən sayıla bilər.

“Biz hesab etdik ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan Almaniyanın kanslerinin ölkəyə gəlməsi və bu fürsətdən Azərbaycan vətəndaş cəmiyyətinin yaralanması üçün belə bir müraciətə ehtiyac var...Bu, həm də ona görə bizim üçün əhəmiyyətli bir məsələ idi ki, tarixən Almaniya və Azərbaycan arasında dostluq münasibətləri olub...İndiki halda da düşündük ki, həm tarixi, həm indiki siyasi vəziyyəti, həm iqtisadi, ticari, investisiya əlaqələrini nəzərə alaraq və nəzərə alsaq ki, kansler Angela Merkel ilk dəfə olaraq bölgəyə səfər edir və bu səfərdə eyni zamanda üç ölkəyə səfər çərçivəsində artıq Qafqazdadır. Bu baxımdan düşündük ki, əsas məsələlərdən biri Dağlıq Qarabağ məsələsidi, Qarabağın ermənilər tərəfindən işğalı məsələsidir, eyni zamanda, Azərbaycanda demokratiya məsələsini həmin müraciətdə Angela Merkelin diqqətinə çatdırmışıq ki, görüşlərdə bu məsələlərə toxunsun.”

Müşahidəçilər Angela Merkelin səfərini tarixi səfər adlandırır. Almaniya kanslerinin səfəri həmçinin Azərbaycanın qonşuları olan Rusiya, Türkiyə və İranla Qərb arasında münasibətlərdə gərginliklərin olduğu vaxta təsadüf edir.

“Son zamanlar regional birliklər, regional qüvvələr qlobal birliklərdən və qlobal qüvvələrdən daha çox önə çıxırlar. Və baxımdan regionun əhəmiyyəti, İran məsələsi və eyni zamanda, regiondakı mövcud durum, xüsusilə də Amerika Birləşmiş Ştatları-Türkiyə münasibətləri və Amerika Birləşmiş Ştatları-İran münasibətləri, Rusiya münasibətlərində Cənubi Qafqaz regionunun önəmli yeri bu səfərin indiki zamanda reallaşması üçün əsas arqumentlərdən sayıla bilər.”

Qubad İbadoğlu Azərbaycanın avro-atlantika məkanına inteqrasiyasının sürətləndirilməsi üçün görülməli işlərlə bağlı fikirləri ilə bölüşüb.

Bizim gözləntimiz yoxdur ki, Merkelin bölgəyə bir səfəri ilə Azərbaycanda demokratiya sahəsində köklü və fundamental problemlər həll olunacaq və bir daha biz belə çətinliklərlə üzləşməyəcəyik. Amma düşünürük ki, onun gəlişi problemlərin həllinə müəyyən əsaslar və müəyyən bir zəmin yarada bilər.

“Biz düşünürük ki, Almaniyanın Avropada hökmran mövqeyi, Avropada, Avropa İttifaqında təsir imkanları Azərbaycanın inteqrasiyası prosesində fəaliyyətinin sürətləndirilməsinə xidmət edə bilər. Və bu baxımdan da biz avro interqrasiya məkanında Azərbaycanın daha sürətlə daxil olmasını qeyd etmişik. Eyni zamanda, onu da demək istəyirəm ki, Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, indiyədək Ümumdünya Ticarət Təşkilatına üzv olmayıb. Hesab edirəm ki, bu da Azərbaycan-Almaniya ticarət münasibətlərində əhəmiyyətli bir rol oynayan instituta inteqrasiya məsələsini bu məktubda diqqətə çatdırırıq ki, Azərbaycan hakimiyyətinə təbii ki, Almaniyanın bu sahədə görəcəyi işlər, əməkdaşlıq və eyni zamanda, həm avro-inteqrasiya, həm Ümumdünya Ticarət Təşkilatına qəbulun sürətləndirilməsi istiqamətində Almaniyanın verəcəyi töhfələr də burada öz əksini tapa bilsin. Çünki həqiqətən də Azərbaycanın strateji əməkdaşlıq sazişinin Avropa Birliyi ilə imzalaması çox əhəmiyyətlidir. Ölkəmizin gələcəyi üçün və bütövlükdə xarici-ticarət kursunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən, eyni zamanda, iqsadi baxımdan azad ticarət müstəvisində daha yaxşı əlaqələrin qurulması, investisiya, ticarət əməkdaşlığının daha təminatlı təşkili üçün də Azərbaycanın Dünya Ticarət Təşkilatında olması məqsədə müvafiqdir.”

Qubad İbadoğlu, Almaniya kanslerinin səfərinin ölkədə demokratiya və azadlıqlarla bağlı şəraitin düzəlməsinə impuls verəcəyinə ümid etdiyini bildirib.

“Hesab edirik ki, indiki halda Merkelin Azərbaycana gəlməsi Azərbaycanda həm vətəndaş cəmiyyətinin, azad mətbuatın fəaliyyəti üçün müəyyən şəraitin yaradılması, eyni zamanda, hal-hazırda məhbəsdə olan siyasi motivlərlə həbs olunmuş blogerlərin, jurnalistlərin, vətəndaş cəmiyyəti və siyasi partiya fəallarının azadlığı üçün bir şansdır. Bu baxımdan düşünürük ki, bu istiqamətdə də məyyən dəyişikliklər ola bilər. Yəni müsbət dəyişikliklərdən söhbət gedir. Amma təbii ki, bizim gözləntimiz yoxdur ki, Merkelin bölgəyə bir səfəri ilə Azərbaycanda demokratiya sahəsində köklü və fundamental problemlər həll olunacaq və bir daha biz belə çətinliklərlə üzləşməyəcəyik. Amma düşünürük ki, onun gəlişi problemlərin həllinə müəyyən əsaslar və müəyyən bir zəmin yarada bilər.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG