Accessibility links

Qubad İbadoğlu: Azərbaycanda hər gün orta hesabla 138 nəfər iş yerini itirir


Azərbaycanda hər gün orta hesabla 138 nəfər, hər ay isə 4134 nəfər iş yerini itirir. Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazıb.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində ölkədə 37,2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 76,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bağlanan iş yerlərinin 63,9 faizi fərdi sahibkarlıq subyektlərinin, 17,0 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 19,1 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar olub.

“Bu isə o deməkdir ki, Azərbaycanda hər gün orta hesabla 138 nəfər, hər ay isə 4134 nəfər iş yerini itirir”, ekspert qeyd edib.

İbadoğlu bu məlumatları təhlil edib dəyərləndirərkən 3 məqama diqqət yetirir.

“Əvvala, iş yerlərinin bağlanmasını əks etdirən rəsmi məlumatlar mövcud gerçəkliyi tam və düzgün göstərə bilmir, çünki, bir çox müəssisələr və fərdi sahibkarlar bağlanmış iş yerlərinə dair hesabatlarını vaxtında təqdim etmirlər. İkincisi, işləyənlərin heç də hamısı rəsmi uçota düşmədiyindən, gizli məşğulluq mövcud olduğundan qeydiyyatdan kənar çalışanların işinin bağlanması ilə bağlı məlumatlar Dövlət Statistika Komitəsinin hesabatında əks etdirilmir. Nəhayət, iş yerlərinin bağlaması dinamikası hər ay artımla müşahidə olunur və bu tendensiya mövsümi işlərlə əlaqədar olaraq payız-qış fəslində daha da güclənir. Bu halda gələcəkdə iş yerlrini itirənlərin sayı daha da arta bilər”, ekspert qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG