Accessibility links

Qubad İbadoğlunun ofisində axtarış aparılıb


Mayın 13-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış aparıb. Bu barədə Amerikanın Səsinə mərkəzin ABŞ-da olan rəhbəri Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, 3 saatadək davam edən axtarışdan sonra Mərkəzin və İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının, Milli Büdcə Qrupunun bütün kompyuterlərini və maliyyə-mühasibat sənədlərini müsadirə edərək aparıblar.

“Bu onu göstərir ki, ötən ilin aprel ayından bir qrup QHT-lərin əleyhinə aparılan istintaqdan 1 il keçməsinə baxmayaraq hələ də bu iş yekunlaşmayıb. Vətəndaş cəmiyyətinə təzyiqlərin yeni mərhələsi başlayıb. Hesab edirəm ki, bu mənim Mədən Sənayesində Şəffaflıq üzrə Beynəlxalq İdarə Heyətindəki fəaliyyətimlə bağlıdır. Çünki, Mədən Sənayesində Şəffaflıq üzrə Beynəlxalq İdarə Heyətinin son iclasında Azərbaycanən statusu tam hüquqlu üzvdən namizəd üzvə endiirlib. Sabah mayın 14-də İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Hökümət Tərəfdaşlığı üzrə Fəaliyyət Planının monitorinq hesabatını açıqlayacaq. Bir gün əvvəl baş verənləri həm də ölkədə alternativ fikrin formalaşmasına qarşı xüsusi əməliyyat kimi də qiymətləndirilə bilər”, o qeyd edib.

İbadoğlunun sözlərinə görə, axtarış aparılması ilə bağlı qərar Mədən Sənayesində Şəffaflıq üzrə Beynəlxalq İdarə Heyətinin son iclasında Azərbaycanın statusu tam hüquqlu üzvdən namizəd üzvə endirilməsi ilə bağli qərardan 2 gün sonra Nərimanov rayon Məhkəməsi tərəfindən verilib.

O, prokurorluğun axtarışından məhkəməyə müraciət edəcəyini bildirib.

“Dəfələrlə bəyan etdiyim kimi rəhbərlik etdiyim mərkəzin fəaliyyəti auditor yoxlamasından keçib və maliyyə təsərrüfat fəaliyyəti Azərbaycan qanunvericiliyinə uygun olub. Biz daimi hesabatlı və şəffaf iləmişik, bütün vergi öhdəliklərimizi də vaxtlı-vaxtında yerinə yetirmişik”, o qeyd edib.

XS
SM
MD
LG