Accessibility links

Qubad İbadoğlu: Bankların bağlanması davam edəcək


Bank
Bank

İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycanda bu gün 4 bankın bağlanmasının səbələrini şərh edir. Ekspertin fikrincə, bankların bağlanması davam edəcək. Qubad İbadoğluinun facebook səhifəsində dərc etdiyi şərhini təqdim edirik:

Qafqaz Universiteti, ANS Televeziya kanalı, Zaman qəzetindən sonra bağlanmaq növbəsi banklara çatdı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyalarını ləğv etdi. Bu qərarın çoxlu səbəbləri sadalansa da başlıca səbəbi pis idarə olunan bir sıra bankların maliyyə mötəbərliliyini və adekvatlığını itirməsi səbəbindən defolt vəziyyətinə düşməsidir.

Bu qərardan sonrakı vəziyyətə gəlincə, 4 bankın bağlanması ilə maliyyə sistemində işlərin yoluna düşəcəyi, banklara və manata olan etimadın artacağı ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının adından açıqlanan fikirləri də bölüşmürəm.

Çünki, bankları bundan sonra daha ciddi sınaqlar gözləyir. Onların hazırkı ağır vəziyyətdən çıxması bütövlükdə milli iqtisadiyyatın, xüsusilə də biznesin və ev təsərrüfatlarının durumundan asılıdır ki, bu da yaxın dövrlər üçün həlli mümkün olan məsələlərdən sayıla bilməz. Çünki, islahatların ləngiməsinə görə, milli iqtisadiyyatda geriləmələr genişlənməklə yanaşı həm də sürətlənir.

Hesab edirəm ki, bankların bağlanması hazırda mümkün olan pis variantlardan ən yaxşısı hesab oluna bilər. Onun ümumi sistemə neqativ təsirlərinin neytrallaşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmanətlərin Sığortalanması Fondu, ləğvetmə komissiyası əhali və xüsusiilə də müştərilər arasında izahat işi aparmalıdır. Bu isə operativ açıqlamlar, qaynar xətlərin yaradlmasını tələb edir. Əks təqdirdə banklarla müştərilər arasında yaranacaq problemi tənzimləmək çox çətin olacaq.

Fikrimcə, bankların kapitalının təmərküzləşməsi və onların konsolidaliyası davam etməlidir. Bu isə hələ bir neçə bankların birləşməsi və bağlanmasını zəruri edəcək.

XS
SM
MD
LG