Accessibility links

Qüdsün yəhudilər üçün mənası (VİDEO)


Qüdsün yəhudilər üçün mənası (VİDEO)
Qüdsün yəhudilər üçün mənası (VİDEO)

Son model qatarlar qədim torpaqlarda şütüyür. Onların səsi və mövcudluğu israillilər və fələstinlilərin Qüds uğrunda mübarizəsinin məğzini əks etdirir. İsraillilər üçün qatar bölünmüş şəhəri birləşdirməyə doğru bir addımdır.

Qüds rəsmiləri şəhərin qərb hissəsini şərqi ilə birləşdirən yeni qatar sistemini yoxlamadan keçirirlər. Rəsmilər dəmir yolu xəttinin nəqliyyatı yaxşılaşdıracağına ümid bəsləyirlər. Amma fələstinlilər bu xəttə torpaqlarını bölən bıçaq kimi baxırlar.

Son model qatarlar qədim torpaqlarda şütüyür. Onların səsi və mövcudluğu israillilər və fələstinlilərin Qüds uğrunda mübarizəsinin məğzini əks etdirir. İsraillilər üçün dəmir yolu bölünmüş şəhəri birləşdirməyə doğru bir addımdır.

Cümə günü sübh çağı Qüds şəhər şurasının sabiq üzvü Anat Hoffman Şabat yeməyi hazırlayır.

O, Qüdsdə boya başa çatıb. Onun üçün şəhərin ən mənalı yeri zooparkdır: “Burada kişilər, qadınlar, ultra-mühafizəkar yəhudilər və ərəblər otun üstündə yan-yanaşı otururlar - bir-birinə hücum etmədən. Sanki vəhşi heyvanların qarşısında biz insana çevrilirik. Zoopark bu şəhərdə bir dinclik sığınacağıdır. Bura yeganə yerdir ki, ərəblər və yəhudilər ayaqlarını birgə gölməçəyə salıb istirahət edirlər,” deyə xanım Hoffman bildirir.

Üç min il ərzində bura Yudaizmin ən müqəddəs məkanı olub. Burada - Qüdsün köhnə məhəlləsində - qədim İvrit məbədi yerləşir.

İsrail qüvvələri buranı 1967-ci ildə şəhərin yerdə qalan hissəsi ilə bərabər İordaniyadan alıblar.

O vaxtdan bəri bütün günü yəhudilər romalıların birinci əsrdə dağıtdıqları məbəd divarlarına gələrək ibadət edirlər.

İsrail Aşkenazilərinin baş ravini Yona Metzger bu daşların əhəmiyyətini izah edir: “Biz arzunu həyata keçirmişik. Israil İsrailin oğullarına məxsusdur və bura israilin ürəyidir. Müqəddəs Torpağın müqəddəsliyi Qüdsdən gəlir, və yəhudilər üçün Qüdsün ürəyi Müqəddəs Məbəddir,” deyə ravin bildirir.

Burada ibadət edənlər inanırlar ki, Qüdsü Allah müqəddəsləşdirib, və bəziləri inanırlar ki, buradan söylənilən dualar Alla daha birbaşa çatır. “Bura başqa dinlər üçün də müqəddəsdir, ancaq ilk öncə Allah buranı yəhudilər üçün müqəddəs edib,” deyə yəhudi müsafir dillənir.

Anat Hoffmanın fikrincə isə bu yerin həqiqətən müqəddəs olması üçün xeyli səy tələb olunur.

O, xatırlayır ki, İsrail 1967-ci il müharibəsindən sonra bu meydanı inşa etmək üçün fələstinlilərin evlərini dağıtmışdı.

Hoffman həmçinin açıq havadakı sinaqoqda qadınlarla kişilərin ayrılmasına son qoymaq üçün mübarizə aparır. “Mən ilk öncə Muğrabi məhəlləsində yaşamış hər bir adama kompensasiya ödəməkdən başlayardım. Yalnız onda biz bu divarda müqəddəslik hiss edəcəyik. Sonra bu ayrıseçkilik divarına son qoyardım,” deyə o bildirir.

Hoffman habelə dəmir yolu layihəsinin əleyhinə çıxır. Onun fikrincə bu dəmir yolu heç də tərəfləri birləşdirmir.


XS
SM
MD
LG