Accessibility links

"Queen’s Gambit" televiziya şousu insanlara şahmatı sevdirir


"Queen’s Gambit" televiziya şousu insanlara şahmatı sevdirir
please wait

No media source currently available

0:00 0:03:48 0:00

Hazırda ABŞ-da hər yarım saniyədə bir nəfər google-da necə şahmat oynamaq olar deyə axtarış edir. chess.com onlayn sahmat platformasında 28 milyon insan qeydiyyatdan keçib, Amazon şirkəti isə müştərilərindən üzr istəyir. Çünki onların şahmat sifarişlərini vaxtında çadıra bilmir.

Bu qədim stolüstü oyunun sürətlə yenidən populiyarlaşmasında Netflix platfromasında yayımlanan "Queen's Gambit" şousunun böyük rolu var. Şou problemli həyatı olan şahmat möcüzəsi baş rol qəhrəmanın yükəlməsindən bəhs edir.

Florida sakini Viktoriya deyir ki, "Bu çox möhtəşəm sou idi, çox əyləncəli idi. Məni özünə çəkmişdi, elə dünən axşam baxıb bitirdim".


Şahmat mağazasının sahibi Emad bildirir ki, "Bu əlli ildən sonra böyük bir şey idi. Son dəfə Reykiyavikdə Fişer ruslara qarşı oyanayanda, bu ölkə şahmat çılğınlığını görmüşdü, yada siz necə adlandırırsız, şahmat qızğınlığı".

Amerikalıların şahmatla hər zaman kompleks bir münasibəti olub. Soyuq müharibənində bunda hardasa rolu var. Çünki o zaman şahmat ABŞ və Rusiya arasında bir kiçik döyüş meydanı idi. 1972-ci ildə amerikalı Bobbi Fişher Sovet şahmat çempionu Boris Spasskini məğlub edərək "Əsrin Oyunu" adlanan oyunu qazandı.

Netflix-də yayımlanan “The Queen’s Gambit” -də bu hekayənin bir növ təkrarlanmasıdır. Filmin diqqət mərkəzində iki böyük supergüc arasındakı onilliklərdir davam edən qarşıdurmanı aşan bir oyun, çətinliklərə qalib gələn Kentakidəki yetim bir qız və məğlubedilməz Sovet qrossmeysteridir.


Dünya şahmat çempionu Harri Kasparov bildirir ki,"Filmdə Antaqonistlər - Sovet şahmat çempionları çox isti bir şəkildə təsvir olunur, şouda əlavə bir qarşıdurma yoxdur. Nə Soyuq Müharibə, nə döyüş haqqında və ümumiyyətlə heç bir qarşıdurma yoxdur."

Dünya şahmat çempionu Qarri Kasparov filmdə Sovet qrossmeysteri Borgov rolunu oynamalı idi. Lakin bunun əvəzin o, şoudakı bütün oyunları qurub. O bildirir ki, oyunların hamısı real gedişlər olub. Kasparov onların hər birinə nəzarət edib.

“Bu mənim üçün bu bir prestij məsələsi idi" Kasparov deyir ki, "Bilirdim ki, həmkarlarım şounu çox diqqətlə izləyəcəklər, bütün oyunlara baxacaqlar. Və filmdə tənqid edəcəkləri heç bir şeyin olmaması və hər oyunun mükəmməl olması üçün özümə söz vermişdim”.

Hətta uşaq evində olarkən baş qəhraman Bet Harmon-un tavanda qurduğu oyun gedişləri də filmin ixtirası deyil.

1996 və 1999-cu illərdə Dünya Şahmat Çempionu olmuş Suzan Polqarın bildiridirynə görə "Reallıqda şahmatçılar arasında oyun haqqında düşünəndə, hətta oyun zaman belə tez-tez sözün əsl mənasında tavana baxan və gedişləri hesablayan şahmatçılar da var."

Amerikalı macar əsilli Susan Polgar 15 yaşında qrossmeyster olub.“Şübhəsiz ki, həyatımın ilk vaxtlarında Bet Harmon qədər alkoqol və ya narkotiklə aludə olmamışam, lakin əllbəttə cinsi qısnama fiziki təziq də daxil olmaqla, mənə yönəlmiş çoxlu ağır sözlər eşitmişəm. Bilirsiniz, şifahi təcavüz sadəcə gündəlik bir şeyə çevrilmişdi. Qızların şahmat oynaya bilməməsi, şahmata aid olmadığı, kukla ilə oynamağa get, şahmatla deyil, şahmat oğlanlar üçündür, qadınlar oğlanlar qədər ağıllı deyil tipli çox şey eşitmişəm ” deyə o bildirir.

Şou təkcə bu məsələyə deyil, şahmat oyununun insani və əbədi olduğu fikrinə də diqqət yetirir - hətta Soyuq Müharibənin ortalarında belə isti qucaqlaşma üçün yer olduğunu bildirir.

İndiyə qədər şahmat haqqında əllidən çox film çəkilib, lakin bir çoxu oyunun bu qədər insani, isti və əyləncəli görünməsini bacarmayıb.

XS
SM
MD
LG