Accessibility links

Perm-36 - Sovet dönəmindən qalan son məcburi əmək düşərgəsi


Perm-36 - Sovet dönəmindən qalan son məcburi əmək düşərgəsi
please wait

No media source currently available

0:00 0:03:10 0:00

1940-cı illərdə sovet diktatoru İosif Stalinin hakimiyyəti dövründə Ural dağının ətəyində inşa edilən “Perm-36” məcburi əmək düşərgəsi o dövrdən qalan yeganə düşərgədir. Hazırda isə bu düşərgə sovet siyasi repressiyalarının milyonlarla qurbanını xatırladan muzeydir. Ancaq Stalinin populyarlığının Rusiyada artdığı və hökumətin ölkənin tarixi böyüklüyünü bərpa etməyə çalışdığı bir vaxt bu muzey orta səviyyəli ruslar üçün yeni ideoloji döyüş meydanı hesab edilir.

Qulaqın son istehkamı olan “Perm-36” Sovet vətəndaşlarında onilliklər ərzində qorxu yaradan böyük bir məcburi əmək düşərgəsi olub. Siyasi və dini dissidentlər də daxil olmaqla, məcburi əmək düşərgələrində sərt şərtlər altında milyonlarla insan həlak olub. "Perm-36" memorialından Robert Latipov: “Məni və mənim əməkdaşlarımı hələ də bu təəccübləndirir. Təsəvvür edin, mərkəzi hakimiyyət orqanları sizin adınızı öldürülməli olan insanların siyahısına salır. Və yerli partiya liderləri Moskvaya teleqram göndərir ki, siyahıda olanların sayı azdır, limiti artırmaq gərəkdir.”

Belə düşərgələr əsasən Sibir və ucqar şimal bölgələrində yerləşirdi. “Perm-36” da Moskvadan 1000 km. şərqdə yerləşir və adını yaxınlıqdakı tarixi şəhərdən almışdı. 1987-ci ildə bağlanana qədər bu düşərgə sovet Rusiyasının ən təhlükəli hesab etdiyi siyası məhbusların saxlandığı güclü qorunan həbsxana kimi fəaliyyət göstərirdi. “Perm-36”nın təsisçisi Viktor Şmirov: “SSSR-də bu cür düşərgələr ilk insan haqları fəallarının ölkədə siyası məhbusların problemlərinə diqqət çəkməyə başlamalarından sonra yarandı.”

Bu düşərgəni 1990-cı illərdə tarixçi Viktor Şmirov və onun həyat yoldaşı Tatyana Kursina yerli fəallardan ibarət bir qrup yaradaraq və ianələr toplayaraq yenidən bərpa etdi. Fəalların “Siyası Məhbusların Tarixi Muzeyi” adını verdiyi bu muzeyə fəallar və sabiq məhbuslar qaranlıq keçmişdən söhbət etmək üçün toplaşır. Tatyana Kursina: “Bu muzey eyni zamanda mədəniyyət, təhsil və informasiya mərkəzidir.”

“Perm-36” nəhəng gücə malik olan liderlərini şərəfləndirən bir ölkə üçün həssas məsələdir. “Rəsmilər İvan Qroznı, Pyotr və Stalin kimi tarixi fiqurların ruslar arasında populyarlığını yüksəltməyə çalışırlar” - deyə, Viktor Şmirov bildirir.

Şmirov və Kursina deyirlər ki, muzeyin populyarlığı artdıqca Rusiya rəsmiləri onları sıxışdırmağa çalışır. “Muzeydə senzuranın olmaması və onun icma fəalları tərəfindən idarə edilməsi rəsmilərin xoşuna gəlmirdi.”

Hazırda “Perm-36” dövlət tərəfindən təyin olunan şəxslər tərəfindən idarə olunur. "Perm-36"nın direktor müavini Sergey Ponomaryov: “Bizim missiyamız həqiqəti söyləməkdir. Biz ziyarətçilərimizə hər şeyi olduğu kimi çatdırırıq.”

Lakin fəallar və müstəqil müşahidəçilər bunun doğru olmadığını deyirlər.

Rusiyanın müstəqil Levada Mərkəzinin aprel ayında keçirdiyi sorğunun nəticələri rusların 51 faizinin Sovet diktatoru İosif Stalinə üstünlük verdiyini göstərib. Müşahidəçilər “Perm-36” ziyarətçilərinin Stalin terrorundan xəbərdar ola biləcəklərini, lakin qadağan olunan mövzuların da olduğunu deyirlər. Robert Lapitov: “Onlar dövlətin öz xalqını kütləvi şəkildə qırmasından danışmırlar. Onlar bundan təbii fəlakət və ya vəba xəstəliyinin nəticələri kimi bəhs edir.”

Latipov deyir ki, ağrılı keçmişə biganəlik və unutma bu kimi hadisələrin təkrar oluna biləcəyi deməkdir.

XS
SM
MD
LG