Accessibility links

Quş qripi aşkar edilməyib


Monitorinq
Monitorinq
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin quğ qripi ilə bağlı apardığı monitorinqin nəticəsində nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 4-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinqi zamanı seçmə üsulla ovlanaraq götürülən 16 baş çöl quşunun patoloji materialları, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1335 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

DBX-i əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

Xidmət həmçinin xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.

Quşların miqrasiyası əsas götürərək növbəti monitorinqin dekabrın 9-da başlanması nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG