Accessibility links

Suriyalı üsyançılar Qutanı tərk edir


Suriya ordusu üsyançıların Dəməşq yaxınlığınakı son istehkamı olan Dumaya qarşı bombardmanını dayandırıb. Qiyamçılar şərqi Qutadakı keçmiş anklavı tərk etməyə hazırlaşırlar.

Minlərlə döyüşçü və ailələri cümə hökümətlə şəhərin təslimi üzərində əldə etdikləri razılıq nəticəsində qonşu Harastanı avtobuslarda tərk edib. Bir neçə başqa şəhərlərdəki qiyamçılar da bənzər şərtlər altında şəhəri tərk etməyə razılaşıb.

Şənbə günü həmin razılıq nəticəsində üsyançıların ələ keçirdiyi bəzi ordu əsgərləri və digər insanlar azad edilib.

Ordu üsyançıların geri çəkildiyi şəhərlərə daxil olub.

Bu isə o deməkdir ki, müxalifətin nəzarəti altında olan şərqi Qutadan təkcə Quta qalır.

Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə, ordunun şərqi Qutanı ələ keçirmək üçün başlatdığı hücum zamanı şəhər döyüş təyyarələri, helikopterlər və artilleriya vasitəsilə bombardman edilib, nəticədə isə 1600-dən çox insan öldürülüb.

Sakinlər və insan haqları qrupları Suriya ordusunu kütləvi ölümlərə səbəb olan silahlardan istifadə etməkdə ittiham edib. Buna helikopterdən atılan barel bombaları, xlor qazı və şiddətli yanğınlara səbəb alovlandırıcı materiallar daxildir.

Suriya prezidenti Bəşər Əl Əsəd və hava hücumları kampaniyasına yardım edən yaxın müttəfiqi Rusiya bu silahlardan istifadə etdiyini inkar edib və deyib ki, onlar hücumu islamı militantların mülki vətəndaşlar üzərindəki hakimiyyətinə son qoymaq üçün həyata keçirib.

Evakuasiya

Əsədin hakimiyyəti altında yaşamaq istəməyən təxminən 7 min döyüşçü şənbə günündən etibarən Zamalka, Ərbin, Ein Terma və Cobar şəhərlərini tərk edəcək.

Onlar şimal-qərbəki İdlib vilayətinə gedəcək. Lakin bu, onların müharibə şəraitindən uzaqlaşacaqları demək deyil, çünki son bir həftədə Suriya ordusu və Rusiya İdlibə hava hücumlarını artırıb. Nəticədə onlarla insan ölüb.

Bundan əlavə İdlibdə üsyançı qruplar arasında da döyüşlər gedir. Şənbə Əl-Qaidənin keçmiş qolunun baş qərargahında baş verən partlayış yeddi nəfərin ölümünə, 25 nəfərin yaralanmasına səbəb olub.

Dövlət mediasının verdiyi məlumata görə, Şərqi Qutanı tərk edən üsyançılar minlərlə suriyalı əsgəri azadlığa buraxacaq.

Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə Qrupu bilirib ki, məhbusların azadlığa buraxılması üçün Dumaya nəzarət edən Caiş əl-İslam üsyançı qrupu ilə də danışıqlar aparılıb.

Şənbə günü Rusiya ordusu şərqi Qutanı 105 mindən çox insanın tərk etdiyini bildirib.

Son bir həftədə Dumanın bombardmanı intensivləşdiyi üçün, on minlərlə insan evlərindən qaçıb, Qutanın digər hissələrindən gələn qaçqınlar isə yeraltı bomba sığınacaqları dolduğu üçün, gizlənməyə yer tapmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG