Accessibility links

Antonio Quterres BMT-nin yeni baş katibi təyin edilib


BMT Portuqaliyanın sabiq baş naziri Antonio Quterresi BMT-nin yeni baş katibi vəzifəsinə təyin edib.

BMT-nin Baş Assambleyasının prezidenti Peter Tompson öz bəyanatında deyib ki, ötən həftə Təhlükəsizlik Şurası sabiq baş nazirin namizədliyini təklif etdikdən sonra o, 193 üzvün anonim şəkildə keçirilən səsvermədə Quterresin namizədliyini təsdiqləyəcək.

67 yaşlı Quterres yüksək səviyyəli BMT vəzifəsinə namizədliyini verən 13 nəfərdən birdir.

O, 1992-2002-ci illərdə Portuqaliyanın baş naziri olmuş və 2005-2015-ci illər ərzində BMT-nin qaçqın agentliyinə rəhbərlik etmişdir.

O, bu ilin sonundan etibarən əslən Cənubi Koreyadan olan hazırkı baş katib Ban Gi Munu əvəz edəcək. Ban 2006-cı ildən bəri bu vəzifəni icra edir.

XS
SM
MD
LG