Accessibility links

BMT-nin baş katibi dünyanın yeni ildə daha artıq təhlükələrlə qarşılaşa biləcəyi haqda xəbərdarlıq edib


BMT-nin baş katibi Anonio Quterreş
BMT-nin baş katibi Anonio Quterreş

BMT-nin baş katibi Anonio Quterreş dünyanın 2018-ci ildə bir çox mürəkkəb və yeni təhlükələrlə qarşılaşa biləcəyi haqda xəbərdarlıq edib. İlin sonu açıqlığı mesajında Quterreş bu təhlükələri aradan qaldırmaq və daha dinc bir dünya yaratmaq üçün birliyə çağırıb.

Quterreş BMT-nin baş katibi kimi vəzifəsinin icrasına bir il bundan əvvəl başlayıb. O, 2017-ci ilin sülh ili olacağı ilə bağlı ümidlərinin özünü doğrultmadığını etiraf edib. Yeni il ərəfəsində açıqladığı mesajında Quterreş dünyaya xəbərdarlıq etdiyini bildirib.

“Münaqişələr daha da dərinləşib və yeni təhlükələr meydana çıxıb. Nüvə silahları ilə bağlı qlobal narahatlıqlar Soyuq müharibə dövründən bəri ən yüksək səviyyədədir. İqlim dəyişikliyi isə bizdən daha tez hərəkət edir. Qeyri-bərabərliklər artır və biz insan haqlarının dəhşətli şəkildə pozulduğunu görürük. Millətçilik və ksenofobiya yüksəlməkdədir və biz 2018-ci ilə qədəm qoyduğumuz zaman mən birliyə çağırıram”, o bildirib.

Quterreş keçən il ərzində həllini gözləyən bir sıra fəlakətli hadisələri qeyd edib. Bu hadisələr bunlardır.

Yəmən-dünyada ən böyük humanitar böhran nəticəsində səkkiz milyon insan aclıq qarşısındadır, bir milyon insan vəba xəstəliyinə yoluxub.

Yəmən-bir yaşlı Fatimə Abdullah Həsən ciddi qida çatışmazlığından əziyyət çəkir
Yəmən-bir yaşlı Fatimə Abdullah Həsən ciddi qida çatışmazlığından əziyyət çəkir

Mayanmada 650 mindən çox Rohinca qaçqının həyatını xilas etmək üçün qonşu Banqladeşə qaçması ilə nəticələnmiş təqiblər və zorakılıqlar.

Suriya-yüz minlərlə insanın öldürülməsi, 11 milyondan çox insanın məcburi köçkün və qaçqın olması ilə nəticələnmiş vətəndaş müharibəsi yeddinci ildir davam edir.

Myanmadan Banqaladeşə qaçan Rohinca qaçqınları Kutupalonq düşərgəsində yardım gözləyir
Myanmadan Banqaladeşə qaçan Rohinca qaçqınları Kutupalonq düşərgəsində yardım gözləyir

Cənubi Sudan, Konqo Demokratik Respublikası, Əfqanıstan, İraq və bir çox başqa ölkələrdə münaqişələr.

Hələb şəhərinin görünüşü
Hələb şəhərinin görünüşü

BMT-nin baş katibi deyib ki, dünya daha təhlükəsiz ola, münaqişələr və nifrəti isə aradan qaldırmaq mümkündür, Lakin o əlavə edib ki, bu, dünya liderlərinin fikir ayrılıqlarını aradan qaldırmaq üçün birləşdiyi və ümumi məqsədlər naminə insanları bir araya gətirə bildiyi halda mümkün ola bilər.

XS
SM
MD
LG