Accessibility links

Qvatemalada Fuego vulkanı yenidən püskürüb


Qvatemalada Fuego vulkanı yenidən püskürərək, sakinlər arasında böyük təşviş yaradıb. Xilasetmə işçiləri və sağ qalanlar təhlükəsizlik axtarışındadır.

Milli Fəlakət Agentliyi təcili evakuasiyaya göstəriş verib. Məcburi evakuasiya vulkanın bazar günü ilk püskürməsindən sonra qüvvədə idi. Seysmik hadisələr də ərazini tam sarsıdıb.

75 adam həyatını itirib, yüzlərlə insan itkin düşüb. Vulkan püskürməsinin təsirinə 1 milyondan çox insan məruz qalıb.

XS
SM
MD
LG