Accessibility links

Qvatemalada vulkan püskürüb


Qvatemalada Fuego vulkanının püskürməsi nəticəsində azı 33 nəfər həlak olub, 300-dək adam xəsarət alıb. Bir milyon insanı təsirinə məruz qoyan fəlakət nəticəsində ölənlərin sayının artacağı təxmin edilir.

Paytaxt Qvatemala şəhərindən 40 kilometr cənub-qərbdəki Fuego (Alov) Vulkanı iyunun 3-də püskürüb. Qırmızı lava bir neçə kənddə evləri dağıdıb, içəridəki adamlar yanıb.

Milli Fəlakətlərin İdarə Olunması Agentliyi bildirib ki, lava axını El Rodeo kəndində adamların yanmasına, xəsarət almasına, ölməsinə səbəb olub.

Qvatemala şəhərində La Aurora aeroportu bağlandıqdan sonra yenidən açılıb.

3 mindən çox insan evakuasiya edilib. 20 nəfər xəstəxanaya çatdırılıb. İtkin düşənlərin axtarışı aparılır.

Bu, Fuego vulkanının son 40 il ərzində ən iri püskürməsi sayılır.

XS
SM
MD
LG