Accessibility links

Qvineya əsgərləri prezidenti həbs edib çevriliş etdiklərini iddia edir


Qvineya əsgərləri bazar günü milli televiziyada prezident Alfa Kondeni həbs etdiklərini, ölkənin konstitusiyasını ləğv etdiklərini və quru və hava sərhədlərini bağladıqlarını söyləyib.

Ölkənin rəsmi Müdafiə Nazirliyindən verilən açıqlamada isə paytaxt Konakridə prezident sarayına edilən hücumun dəf edildiyi bildirilib.

Kondenin bazar günü harada olduğu dərhal aydın olmayıb. Oktyabr ayında prezident yenidən namizəd olmasına icazə verilməsi üçün konstitusiyanı dəyişdirdikdən sonra üçüncü dəfə prezident seçilib. Mübahisəli seçki bütün ölkədə şiddətli etirazlara səbəb olub.

Agence France Press bazar günü bildirib ki, Alfa Kondenin ətrafı əsgərlərlə əhatə olunmuş şəkildə, əzilmiş geyimdə divanda oturmuş halda videosunu əldə edib.

Keçmiş fransız legioner Mamadi Doumbouya bazar günü ölkənin bayrağına bürünmüş formada milli televiziyaya çıxıb.

"Hökuməti və qurumları ləğv etdik. Silahlı qardaşlarımızı xalqa qoşulmağa çağırırıq" - deyə, Doumbouya bildirib.

O öz hərəkətlərinin səbəbi olaraq hökumət tərəfindən səhv idarə etməni göstərib.

Döyüşlər bazar günü erkən saatlarda baş tutub, ancaq bu xəbər televiziyada elan edildikdən sonra bir çoxları uğurlu çevriliş olduğuna inandıqlarını qeyd etmək üçün küçələrə axışıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG