Accessibility links

Prezidentin oğlu uşaq əməyi istismarında günahlandırılır


Qvineyanın mərhum prezidenti Əhməd Sekou Turenin oğlunun cəlb olunduğu ABŞ-ın Texas ştatında baş vermis hadisə məcburi əmək üçün insan qaçaqmalçılığına diqqəti çəkib.

Məhəmməd Ture və onun həyat yoldaşı Denis Kros Ture 5 yaşında bir qızı Qvineyadan gətirərək 16 il müddətində onu ödənişsiz köməkçi və dayə kimi işləməyə məcbur etdiklərinə görə ev dustaqlığındadır və məhkəmələrini gözləyirlər.

Cütlük ittihamları rədd edərək deyir ki, qızın atası uşağı Turelərin ailəsində böyümək üçün göndərib.

Ture ailəsi deyir ki, qızla ailə üzvü kimi rəftar edilib və ona yemək, paltar, xərclik pul və Milad bayramında hədiyyələr verilib.

Qız ABŞ-ın hökumət rəsmilərinə deyib ki, ona heç bir zaman pul verilməyib və Denisin onun gördüyü işdən məmnun olmadığından fiziki təzyiqlərə məruz qalıb.

Məcburi əməkdə ittiham edilərsə, Turelər 20 ilədək həbsə məhkum edilə bilər.

XS
SM
MD
LG