Accessibility links

Qızıl topa üç namizəd: hər üçü Barselonadan


Qızıl topa üç namizəd: hər üçü Barselonadan
Qızıl topa üç namizəd: hər üçü Barselonadan

İlin ən yaxşı futbolçusu adı uğrunda mübarizəni hazırda yalnız ispaniyalı Andres İniesta və Havi Ernandez, o cümlədən keçən ilin Qızıl top laureatı argentinalı Lionel Messi davam etdirir

İspaniyanın Barselona futbol klubundan 3 futbolçu FİFA-nın Qızıl Top mükafatının final mərhələsinə daxil olub. İlin ən yaxşı futbolçusu adı uğrunda mübarizəni hazırda yalnız ispaniyalı Andres İniesta və Havi Ernandez, o cümlədən keçən ilin Qızıl top laureatı argentinalı Lionel Messi davam etdirir. İniesta və Havi bu il Dünya Çempionatında İspaniyaya çempionluq titulu qazandırıb. Messi isə İspaniya La Ligasında Barselonanı çempionluğa aparan əsas oyunçudur. Əvvəllər Qızıl top mükafatı Fransanın Futbol jurnalı tərəfindən Avropanın ən yaxşı oyunçusuna təqdim edilirdi. FİFA isə ayrıca olaraq ilin ən yaxşı futbolçusunu seçirdi. Bu il ilk dəfə olaraq bu iki mükafat bir ad altında birləşib.

XS
SM
MD
LG