Accessibility links

Rövşən Əhmədli: “Milli Şuranın qərarı ictimaiyyətə açıqlanacaq”


Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməsini məqsədəuyğun saymayıb

“Bakı şəhər İcra Hakimiyyətinin mitinqin keçirilməsinə icazə verilməməsinin səbəbləri ilə bağlı göstərdiklərinin reallıqla heç bir əlaqəsi yoxdur. İcra Hakimiyyəti mitinqin keçirilməsinə razılıq verilməməsinin səbəbi kimi göstərir ki, yanvarın 19-da keçirilən mitinq başa çatandan sonra ictimai asayişin pozuntusu halları olub. Əlavə olaraq da göstərir ki, yanvarın 19-da asayişi pozan qrupun üzvləri, həmçinin yanvarın 20-də Ümumxalq Matəm Günündə də asayişi pozublar.”

Bu barədə Milli Şuranın üzvü Rövşən Əhmədli Amerikanın Səsinə müsahibəsində bildirib.

Rövşən Əhmədli: “Milli Şuranın qərarı ictimaiyyətə açıqlanacaq”
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Onun firkincə, bunlar sadəcə bəhanədir.

“Mitinq yanvarın 19-da saat 15-dən 17-dək keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi məlumatında da göstərilir ki, mitinq zamanı asayişin pozulması halları qeydə alınmayıb. Mitinqdən sonra asayişin pozulması halları qeydə alınıbsa, bunun mitinqin təşkilatçılarına heç bir aidiyyatı yoxdur. Çünki paytaxtın asayişinə cavabdeh olan minlərlə polis əməkdaşı var.”

Əhmədli bildirib ki, Bakı şəhər İcra Hakimiyyətinin cavabı Milli Şuranın Koordinasiya Mərkəzində müzakirə olunacaq.

“Biz müzakirəılədən sonra qərarımızı ictimaiyyətə açıqlayacağıq.”

Biz, Milli Şura olaraq dəfələrlə bəyan etmişik ki, sivil, demokratik mübarizənin tərəfdarıyıq. Ona görə də, biz, vətəndaşlarımızı qanunda nəzərdə tutulmayan və sanksiyalaşdırılmamış kütləvi aksiyalara cəlb etmirik.
Rövşən Əhmədli, Milli Şuranın üzvü

O, Milli Şuranın icazəsiz aksiyalar keçirmə ehtimalı ilə bağlı sualın cavabında bildirib: “Biz Milli Şura olaraq dəfələrlə bəyan etmişik ki, sivil, demokratik mübarizənin tərəfdarıyıq. Ona görə də, biz vətəndaşlarımızı qanunda nəzərdə tutulmayan və sanksiyalaşdırılmamış kütləvi aksiyalara cəlb etmirik. Bu barədə də qərarımızda heç bir dəyişikliyimiz yoxdur. Ona görə də heç kim hesab etməsin ki, xalqı təxribata çəkib qarşıdurma yarada bilərlər. Biz bunu bir daha müzakirə edib, fikrilərimizi ictimaiyyətə bildirəcəyik.”

O, Milli Şuranın hüquqi müstəvidə mübarizəsini davam etdirəcəyini deyib.

“Göstərilən səbəb imtina üçün əsas ola bilməz. Çünki mitinq başa çatandan sonra Bakı Şəhər Baş Polis İdarəsi asayişin pozulması hallarının qeydə alınmaması barədə rəsmi məlumat yayıb. Belə bir rəsmi bəyanat olduğu halda Bakı Şəhər İcra Hakimiyyətinin hansısa siyasi sifariş əsasında, hər hansı əsaslı dəlil gətirmədən aksiyanın keçirlməsinə icazə verməməsi konstitusiyanı, “Sərbəst toplaşmaq qazadlığı haqqında” qanunu pozması deməkdir. Bu səbəbdən də Milli Şura hüquqi müstəvidə öz müraciətini edəcək,” Milli Şuranın üzvü qeyd edib.

Milli Şura yanvarın 19-da mitinq keçirib
Milli Şura yanvarın 19-da mitinq keçirib

Milli Şura yanvarın 26-da Bakıda “Məhsul” stadionunda “Siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirlməsini məqsədəuyğun saymayıb.

Bundan öncə Milli Şura yanvarın 19-da müxalifətin son illərdə ən izdihamlı aksiyasını keçirib.

Yanvarın 19-da Milli Şuranın mitinqindən sonra Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda deyilir ki, ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Mirqafar Seyidov
Mirqafar Seyidov

Elə həmin gün, yanvarın 19-da Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Mirqafar Seyidov deyib ki, Bakı şəhərində sabitliyi pozmaq, kütləvi iğtişaşlarla aranı qarışdırmaq, polislə bilərəkdən qarşıdurma yaratmaqla öz antimilli məqsədlərini reallaşdırmaq istəyən müəyyən destruktiv qüvvələrin, o cümlədən, Əli Kərimli (AXCP sədri-red) və onun tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

​“Bakı polis qarnizonunun bütün şəxsi heyəti paytaxtımızda asayişin, əmin-amanlığın davamlı olması üçün digər hüquq-mühafizə orqanları ilə birlikdə bütün lazımi tədbirləri həyata keçirəcəkdir”, Seyidov qeyd edib.

BŞBPİ-nin rəisinin Milli Şuranın yanvarın 26-na elan etdiyi mitinqlə bağlı isə münasibəti belə olub.

“Sonuncu mitinqlərində, onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”, o qeyd edib.

Cəmil Həsənli
Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli Baki Şəhər Baş Polis İdarəsi rəisinin mitinqə icazə verilməməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciətni “polis rəisinin öz səlahiyyət həddini aşması” kimi qiymətləndirib.

“Polis siyasi proseslərə, siyasi aksiyaların keçirilməsinə mane ola bilməz. İkincisi, əgər Milli Şuranın növbəti mitinqinə icazə verilməyəcəksə, bu, artıq dinc aksiyaların bitməsi dövrü kimi, hakimiyyətin dinc aksiyalara icazə verməməsi kimi dəyərləndiriləcək", o qeyd edib.

XS
SM
MD
LG