Ailəsi həbsdə olan “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovla uzun müddətdir əlaqə saxlaya bilmir.
Əfqan Sadıqov mayın 13-də həbs edilib.
Binəqədi rayon Məhkəməsi onunla bağlı dörd aylıq həbs qətimkan tədbiri seçib və apellyasiya məhkəməsi jurnalistin şikayətini təmin etməyib.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov və “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradov vəzifəli şəxslərdən tələb etdikləri 10 min manatı alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.
Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədiimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsi də diqqətə çatdırıb.
Bu məqalənin dərcindən sonra Əfqan Sadıqov Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (böhtan) ilə xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.
Burada məqsəd Əfqanın üzünə adam qoyub tutdurmaq idi. Başqa məqsəd yox idi. Necə olur, rüşvət alan, aldığını etiraf edən tutulmur, Əfqan tutulur. Gülməli deyil. Nəyə görə, bu, belə olur.Sevinc Sadıqova, jurnalistin həyat yoldaşı
“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik”, Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.
Jurnalist daim kəskin tənqidi yazıları və araşdırmaları ilə tanınıb.
Sadıqov bundan öncə 2016-cı il noyabrın 22-də həbs edilib. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan jurnalistin cəzası 1 il azaldılıb.
O, bir neçə dəfə müxtəlif müddətlərdə inzibati qaydada da həbsə məruz qalıb.
Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.
Jurnalist yerli hüquq müdafiəçiləri tərəfindən əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanınıb.
Baş redaktorun həyat yoldaşı Sevinc Sadıqova bu gün, iyunun 17-də Amerikanın Səsinə müsahibəsində bildirib ki, Əfqan Sadıqovla saxlandığı gündən, mayın 13-dən sonra hər hansı görüşü və ya telefon danışığı olmayıb.
“İnanın ki, onu harada saxlayırlar, səhhəti necədir, bilmirəm. Məlumat da ala bilmirəm. Onun ürəyində problem var, təzyiqi yüksəkdir. Səhhəti ilə bağlı da heç bir məlumat vermirlər.Telefon əlaqəsinə qadağa qoyulub. Tutulandan sonra ondan hər hansı xəbər yoxdur,” o qeyd edib.
Sevinc Sadıqova həyat yoldaşı ilə vəkilinin cəmi bir dəfə görüşüyünü bildirib.
Sadığova həyat yoldaşına qarşı irəli sürülən ittihamın onun jurnalist fəaliyyətyi ilə bağlı oldğunu deyib.
“Vallah, rüşvət alan, oğrular hamısı çöldədir. Niyə rüşəvt alğığını etiraf edən Sakit Muradov azadlıqdadır? Burada məqsəd Əfqanın üzünə adam qoyub tutdurmaq idi. Başqa məqsəd yox idi. Necə olur, rüşvət alan, aldığını etiraf edən tutulmur, Əfqan tutulur. Gülməli deyil. Nəyə görə, bu, belə olur,” o qeyd edib.
O, Əfqan Sadıqovun həbsindən sonra mənəvi təzyiqə məruz qaldığını deyib.
“Məni şantaj edirlər ki, intim görüntülərimi yayacaqlar. Danışma. Danışsan Əfqanın vəziyyəti pis olacaq. Bu mayın 14-də televiziya kanallarına müsahibə verəndən sonra baş verdi. Həmin adamların indi adını çəkmək istəmirəm. Mən onlara dedim ki, elə bir foto yoxdur. Varsa yayın. Sadəcə məni qorxudurlar. ”
Sadıqova evlərinə videro kamera yerləşdirildiyini güman edir.
Mən Mənzil İstismar Sahəsinin işçisindən soruşdum ki, səninlə evimizə daxil olan iki nəfər kim idi? O dedi ki, onları tanımır. Sonra dedi ki, icra hakimiyyətinin əməkdaşları idi. Bİr az keçdi başqa şey dedi. Güman edirəm ki, həmin adamlar hamamımıza kamera qoya bilər.Sevinc Sadıqova, jurnalistin həyat yoldaşı
“Bilirsiniz, mən niyə güman edirəm? Bir gün Mənzil İstismar İdarəsindən bir qoca kişi gəldi ki, qonşu guya şikayət edir ki, bizim hamamdan onun evinə su axlr. Qoca kişi ilə bərabər rəsmi geyimdə olan iki nəfər şəxs də evimizə daxil oldu. Mən Mənzil İstismar Sahəsinin işçisindən soruşdum ki, səninlə evimizə daxil olan iki nəfər kim idi? O dedi ki, onları tanımır. Sonra dedi ki, icra hakimiyyətinin əməkdaşları idi. Bİr az keçdi başqa şey dedi. Güman edirəm ki, həmin adamlar hamamımıza kamera qoya bilər.”
Sadıqova həyat yoldaşının qanunsuz həbsi ilə bağlı prokurorluğa, Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübrizə Baş İdarəsinə şikayət edib.
“Maraqlıdır ki, evimizdə qanunsuz olaraq axtarış aparıblar. Onların axtarışı bizimlə üzbəüz qonşunun video kamerasına düşməli idi. Amma sonradan onun kamerasının yaddaşını pozublar,” o qeyd edib.
Sadıqova müraciətlərinə hələ cavab almayıb.
“Bu səbəbdən xarici səfirliklərin ofisləri qarşısında etiraz aksiyası keçirmək istəyirəm,” jurnalistin həyat yoldaşı bildirib