Accessibility links

Rüfət Səfərov: Niyaməddin Əhmədovun həyatı çox böyük təhlükə altındadır


Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun hazırkı vəziyyəti və onun hüquqlarının müdafiəsi istiqamətində atılacaq addımlardan danışıb.

Rüfət Səfərov: Niyaməddin Əhmədovun həyatı çox böyük təhlükə altındadır
please wait

No media source currently available

0:00 0:05:22 0:00


Amerikanın Səsi: Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun hazırda vəziyyəti necədir? Onun işi ilə bağlı hüquq müdafiəçiləri hansı işləri görür?

Rüfət Səfərov: Niyaməddin Əhmədov məruz qaldığı ittihama etiraz rəmzi olaraq artıq quru aclığa start verib. Eyni zamanda koronavirusa yoluxub. Təxminən il yarımdır ki, Niyaməddin Əhmədov cəmiyyətdən tam təcrid olunub. Ailə üzvləri ilə telefon danışıqları belə baş tutmur. Hər halda düşünürük ki, Azərbaycan hakimiyyətinin Niyaməddin Əhmədov barəsində buraxdığı kobud səhvi düzəltmə imkanı var. Hərçənd dövlət ittihamçısı onu 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Amerikanın Səsi: Onun ailəsi və vəkili ilə telefonla əlaqə qurma hüququ təmin edilirmi?

Rüfət Səfərov: Cəzaların icrası məcəlləsinə görə, hər bir məhkumun həftədə iki dəfə 15 dəqiqədən az olmamaq şərti ilə yaxınları ilə, ailə üzvləri ilə danışmaq hüququ var. Niyaməddin Əhmədov saxlanıldığı gündən ta indiki günə qədər telefonla ailə üzvləri ilə telefonla danışmaq imkanına malik olmayıb. Biz Müdafiə Xətti olaraq yaxın günlərdə Səbinə Əliyeva ilə görüş keçirdik Ombudsman aparatında. Orada qaldırdığımız məsələlərdən biri də bu oldu ki, heç olmasa siyasi məhbus Niyaməddin Əhmədovun mahiyyəti üzrə deyil, texniki problemləri həllini tapsın.Telefonla ailə üzvləri ilə əlaqəsi mümkün olsun. Amma bu zamana qədər təəssüflər olsun ki, Niyaməddin Əhmədov ailə üzvləri ilə telefon danışığı baş tutmayıb. Bizə çatan məlumatlara görə, Niyaməddin Əhmədov hazırda əlil arabası ilə hərəkət edir. O, quru aclığın nəticəsi olaraq sərbəst şəkildə özünü idarə edə bilmir.

Amerikanın Səsi: Hüquq müdafiəçisi olaraq konkret olaraq hansı addımlar atırsınız? Beynəlxalq təşkilatlara Niyaməddin Əhmədovun səhhəti ilə bağlı məlumat verilibmi?

Rüfət Səfərov: Müdafiə Xətti hər həftə bir dəfə bülleten, ayda isə ümumiləşdirilmiş formada hesabatla çıxış edir ölkədəki insan hüquqlarının real durumuna dair. Niyaməddin Əhmədovun məsələsi ilə bağlı təkcə daxili auditoriyanı deyil, beynəlxalq insan haqları təşkilatlarını məlumatlandırırıq, mətnləri biz xarici dilə tərcümə etdirərək. Eyni zamanda xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndlərin rəhbərləri ilə bizim təmaslarımız olur. İlk qaldırdığımız məsələ bundan ibarətdir ki, əgər Konstitusiya üzrə Azərbaycan höküməti hüquqi və demokratik dövlət quruculuğunu ön xəttə qoyubsa, siyasi məhbus problemi fundamental formada öz həllini tapmalıdır. Təəssüf ki, nəinki bu istiqamətdə hansı irəliləyiş müşahidə olunur, əksinə gedərək repressiv tədbirlər siyasi yüklü cinayət təqibləri daha da dərinləşir.

Amerikanın Səsi: Rüfət bəy, siz Niyaməddin Əhmədovun səhhəti ilə bağlı rəsmi qurumlara müraciət etmisiniz?

Rüfət Səfərov: Təbii ki, həmin aylıq bizim hesabatlarımız mediada, sosial şəbəkələrdə yayıldığı kimi eyni zamanda dövlət strukturlarına, güc nazirliklərinə, Prezident Administrasiyasına, Ombudsmana göndərilir. Şübhəsiz ki, Niyaməddin Əhmədovun hazırkı vəziyyətinə heç olmasa humanitar qaydada nəzarəti götürmək üçün İnsan Hüquqları üzrə Müvəkkil ilə, daha sonra Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyinə müraciət olunub ki, Niyaməddin Əhmədova baş çəkilsin. Hər halda adını qeyd etdiyim strukturların Niyaməddin Əhmədova baş çəkilməsi barədə bizə hələ ki, məlumat daxil olmayıb. Bilirsiniz saxta ittihamlar qalıb bir tərəfdə. İnsanın həyatı çox böyük təhlükə altındadır. Quru aclığa başlayıb. Düşünürəm ki, Azərbaycan höküməti Niyaməddin Əhmədova münasibətdə mütləq ədalətli, adil araşdırmaya gedib qərar verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG