Accessibility links

Rüfət Səfərov: Siyasi məhbuslara şamil edilməyən amnistiya aktını ədalətli saya bilmərik


Rüfət Səfərov: Siyasi məhbuslara şamil edilməyən amnistiya aktını ədalətli saya bilmərik
please wait

No media source currently available

0:00 0:06:13 0:00

Müdafiə Xətti Hüquq Müdafiə Təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində Milli Məclisin noyabrın 5-də qəbul etdiyi amnistiya aktını şərh edib. Amnistiya aktı 8 noyabr Zəfər Günü münasibətilə prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Amerikanın Səsi: Milli Məclsisin qəbul etdiyi amnistiya aktının əhatə dairəsi barədə nə deyə bilərsiniz?

Amnistiya aktı obrazlı desək qızıl xarakterli amnistiya kimi qiymətləndirilə bilməz.

Rüfət Səfərov: Şübhəsiz ki, beş ildən sonra dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə parlamentə təqdim edilən hazırkı amnistiya aktının ictimai əhəmiyyəti var. Hökumətin hüquq siyasətinə məsul olanlar cəzaçəkmə müəssisəsində olan məhkumlara qarşı humanist münasibət sərgiləyirsə, bu, biz hüquq müdafiəçiləri tərəfindən təbii ki, müsbət qarşılanır. Amma, təəssüf ki, yarımçıqdır, heç də rəsmi dairələrdə qeyd olunduğu kimi, obrazlı desək qızıl xarakterli amnistiya kimi qiymətləndirilə bilməz. Bizim düşüncəmizə görə, hazırkı amnistiyadan heç bir təqsiri olmayan, zamanında siyasi yüklü mühakimələrə məruz qalan siyasi məhbuslar və vicdan məhbusları hüquqi payını götürmürsə, təəssüf ki, bu, tam deyil.

Amerikanın Səsi: Bu amnistiya aktının 17 minədək insana şamil ediləcəyi bildirilir. Aktın ictimai əhəmiyyəti barədə nə deyə bilərsiniz?

Sanki, cəzaçəkmə müəssisələrində saxlanılan onlarla siyasi məhbusların Cinayət Məcəlləsi üzrə ittiham olunduğu maddələrlə müqayisə aparıblar və həmin maddələr hazırki amnistiyanın strukuruna daxil edilməyib.

Rüfət Səfərov: İctimai əhəmiyyəti ondan ibarətdir ki, hökumət, Azərbaycan dövləti cəmiyyətin xüsusilə həssas seqmentinə, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya olunan vətəndaşlardan tutmuş Çernobıl qəzasında əlil olan şəxslərə qədər, qadınlara, 18 yaşı tamam olmamış şəxslərə, 60 yaşı tamam olmuş kişilərə, vətən müharibəsi iştirakçıları və onların ailə üzvlərinə xüsusi münasibət göstərir. Amma, məsələ bundan ibarətdir ki, məhdudlaşdırıcı normalar var. Həmin normalar ondan ibarətdir ki, ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxslər hazırkı amnistiyadan və onun əhatə dairəsindən kənarda qalacaq. Layihə ilə tanış oldum. Sanki, cəzaçəkmə müəssisələrində saxlanılan onlarla siyasi məhbusların Cinayət Məcəlləsi üzrə ittiham olunduğu maddələrlə müqayisə aparıblar və həmin maddələr hazırkı amnistiyanın strukuruna daxil edilməyib. Mənim düşüncəmə görə, 1993-cü ildən bəri hazırkı hakimiyyətin dövründə genişləndirilmiş formada qızıl xarakterli amnistiyadan bəhs etmək olmaz. Olsa-olsa, Elçibəy hökuməti dövründə belə bir ilk və sonuncu amnistiya qəbul edilib, onu da bizlər, xüsusilə də hüquq ictimaiyyəti obrazlı olaraq qızıl amnistiya kimi qiymətləndirir.

Amerikanın Səsi: Siz də dediniz, bir sıra ekspertlər də amnistiya aktının hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxsləri əhatə etməyədiyini bildirir. Bunun səbəbi nədir?

Azərbaycan hökuməti hansı siyasi məhbusu nə vaxt tutacağını, onun barəsində nə vaxt alternativ qətimkan tədbiri seçəcəyini və nə vaxt azadlığa buraxacağını sadəcə özü müəyyən edir.

Rüfət Səfərov: Bunun çox sadə bir səbəbi var. Azərbaycanda ifadə azadlığı, mətbuat, məlumat azadlığı, bütövlükdə siyasi, dini və sair görüş dairəsinə görə adamlar əsassız olaraq hüquq mühafizə orqanlarının cinayət təqibinə məruz qalır. Hazırda istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində onlarla siyasi məhbuslar var. Azərbaycan hökuməti hansı siyasi məhbusu nə vaxt tutacağını, onun barəsində nə vaxt alternativ qətimkan tədbiri seçəcəyini və nə vaxt azadlığa buraxacağını sadəcə özü müəyyən edir. Amnistiya ilə əfv arasında normativ hüquqi akt olaraq əsas fərq də ondan ibarətdir ki, amnistiyada maddələr üzərində hüquqi yanaşma mövcuddursa, əfvdə isə birbaşa adlar üzərindən hüquqi yanaşma mövcuddur. Başqa sözlə, əfvdə Azərbaycan hakimiyyəti siyasi dustaqların əksəriyyətindən müraciət, xahiş, sanki təmənna, yalvarış dolu mətnlər əldə etməkdə maraqlı görünür. Amma, amnistiyada isə təbii maddələr üzrə yanaşma olduğundan bu baş tutmur. Ona görə də hazırkı amnistiyadan yalnız bir siyasi məhbus, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon şöbəsinin fəalı Əlzamin Salayevin yararlana biləcəyini düşünürük. Onu da qeyd edim ki, ötən il iyun ayında orduya dəstək məqsədi ilə keçirilən yürüşdə saxlanılan bir neçə ictimai-siyasi fəal və xadim var idi. Onların da hazırkı amnistiyanın təsir dairəsinə düşəcəyi gözlənilir. Zatən, onlar cəmiyyətdən tam təcrid olunmayıblar. Barələrində şərti olaraq ittiham hökmü çıxarılıb. Eyni zamanda, ağır və xüsusilə ağır olan cinayətlərdə təqsirləndirilməyiblər. Düşünürəm ki, həmin ictimai-siyasi fəalların, xadimlərin də üzərindən şərti məhkumetmə götürüləcək. Yerdə qalan siyasi məhbusların taleyinə bəlkə parallel olaraq və yaxud amnistiyadan sonra əfv sərəncamı imzalanarsa, onda müəyyənləşmə gələ bilər.

Amerikanın Səsi: Amnistiya aktı 4 ay ərzində icra ediləcək. Bunun yaradacağı problemlər nədir?

Təbii, istənilən məhkumun Azərbaycan hakimiyyətinin humanist münasibətinə məruz qalması baş verirsə, bu, yalnız alqışlanmalıdır.

Rüfət Səfərov: Əslində əfvlə amnistiya aktının arasındakı fərq ondadır ki, əfv imzalandığı gündən etibarən icra olunursa, amnistiya isə təbii ki, maddələrin əhatə dairəsi olduğundan, burada məhkəmənin, cəzaçəkmə müəssisələrinin birgə fəaliyyəti olacaq. Bu da müəyyən bir zaman alır. Bunun obyektiv hüquqi tərəfləri var. Problem onda deyil. Problem ondadır ki, çox təəssüf, Azərbaycan hakimiyyəti Zəfər Gününün ilk ildönümündə, Şuşanın azad olunması ilə bağlı olaraq 8 noyabrda onsuz da ağır olan ictimai-siyasi, hüquqi münasibətlər sisteminə bir məxməri ton gətirə bilərdi. Amma, görünür ki, bunu gətirmir. Təbii, istənilən məhkumun Azərbaycan hakimiyyətinin humanist münasibətinə məruz qalması baş verirsə, bu, yalnız alqışlanmalıdır. Amma, prioritet olaraq ilk növbədə heç bir təqsiri olmayan siyasi məhbuslar, demək olar ki, hazırki amnistiyadan faydalanmayacaqsa biz bütün anlamda cəzaçəkmə müəssisləri tam boşaldılsa da belə, hazırkı amnistiya aktını tam mənada ədalətli saya bilmərik.

Qeyd: Azərbaycan rəsmiləri, Milli Məclisin deputataları amnistiya aktını alqışalayan çıxışlar edir. Onların ümumi firkinə görə, bu amnistiya akrı ölkədə qəbul edilən ən yaxşı humanist sənəddir. Rəsmi Bakı həmçinin ölkədə isnsanların siyas təqiblərə məruz qalması və siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmir, qərəzli sayır. Bununla yanaşı hüquq müdafiəçiləri hazırda yüzdən çox siyasi məhbusun olduğunu bildirir. Avropa Şurası Parlament Assambleyası bu il Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib və bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyət göstərir.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG