Accessibility links

Rüstəm İbrahimbəyov: Azərbaycanda vətəndaş cəmiyyəti çox zəif haldadır


Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrinin Amerikanın Səsinə müsahibəsi

"Mən siyasi fəaliyyətlə heç vaxt məşğul olmamışam. Mən ictimai fəaliyyətlə məşğul olmuşam. İndi də belə bir fikirdəyəm ki, Azərbaycanda vətəndaş cəmiyyəti çox zəif haldadır."

Bu barədə Amerikanın Səsinə müsahibəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov bildirib.

"Vətəndaşların, xalqın, xüsusilə ziyalıların Azərbaycanın bu günki durumuna təsiri çox azdır. Bu mənim mövqeyimdir və mən bu mövqedə də qalıram. Çalışacam ki, bu istiqamətdə öz ictimai fəaliyyətimi davam eləyim. O ki, qaldı Kino İttifaqına. Biz heç vaxt Kino İttifaqında belə məsələləri qaldırmamışıq. Kino İttifaqı ancaq kino problemləri ilə məşğul olub. Burada təşkilatın sədri kimi mən, heç vaxt istəməzdim ki, siyasi-ictimai işlərə qarışsın. Amma o demək deyil ki, mən Rüstəm İbrahimbəyov fəaliyyətlə məşğul olmayacam. Mütləq məşğul olacam. Bu mənim mövqeyimdir. Mən bunu elan eləmişəm. Mənə elə gəlir ki, bu, qəbul olunur. Amma mənim əsas sualım belə idi. Yaxşı, ola bilər ki, mən xoşagəlməz fəaliytyətlə məşğulam. Bu bizim təşkilata necə bağlıdır. Təşkilat xüsusi peşə təşkilatıdır. Heç vaxt nə siyasi, nə ictimai məsələlərə qatışmayıb. Mənim sözlərimi eşitdilər. İndi bizim təşkilata hərtərəfli kömək göstərirlər. Həm təşkilat, həm də vəsait məsələlərində. Doğrudur ki, hökumətin bizə borcu var idi, o borcları da qaytarırlar," o qeyd edib.

Vətəndaşların, xalqın, xüsusilə ziyalıların Azərbaycanın bu günki durumuna təsiri çox azdır. Bu mənim mövqeyimdir və mən bu mövqedə də qalıram. Çalışacam ki, bu istiqamətdə öz ictimai fəaliyyətimi davam eləyim.
Rüstəm İbrahimbəyov,Kinematoqrafçılar İttifaqının sədri

Rüstəm İbrahimbəyov 2013-cü ildə birləşmiş müxalifətin Azərbaycan prezidentliyinə vahid namizədi kimi irəli sürülüb. Lakin Mərkəzi Seçki Komissiyası onun ikili vətəndaşlığını əsas gətirərək namizədliyini təsdiq etməyib. Bununla yanaşı, İbrahimbəyov müxalifətin prezidentliyə namizədi olduğu bir vaxtda onun rəhbərlik etdiyi Kinomatorqafçılar İtiifaqında aparılan vergi yoxlamaları əsas gətirilərək fakt üzrə vergi ödəməkdən yayınma və mənimsəmə ittihamları ilə cinayət işi qaldırılıb. İbrahimbəyov hökumət rəsmiləri tərəfindən və iqtidaryönümlü mediada kəskin tənqidlərə məruz qalıb. İbrahimbəyov haqqında tənqidlər 2019-cu ildə də davam edib.

Rüstəm İbrahimbəyov:Azərbaycanda vətəndaş cəmiyyəti çox zəif haldadır
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Rüstəm İbrahimbəyovun ssenari müəllifi və prodüseri olduğu, 3 il öncə çəkilmiş "Qafqaz triosu" və ya "Qafqaz üçlüyü" adlı filmi bu ilin mayında Azərbaycanda müzakirələrə yol açıb. Bu haqda birinci danışan kinorejissor, tənqidçi Ayaz Salayev olub, filmlə bağlı məqalə yazıb. Bundan sonra prezidentin köməkçisi Əli Həsənov hər kəsi filmə, onun müəllifinə münasibət bildirməyə çağırıb. Beləliklə, məsələ KİV-lərə, sosial mediaya daşınıb, deputatlar, siyasətçilər, kinotənqidçilər tənqidlər yağdırıb.

İbrahimbəyov tənqidləri qəbul etməyib. "Qafqaz triosu" düşmən ölkələr nümayəndələri arasında normal insani münasibətlərin mümkün olduğundan bəhs edir.

"Bu gün müxtəlif səbəblərdən bu həqiqəti qəbul etməyənlər gec-tez onu dərk edəcəklər," kinodramaturq əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG