Accessibility links

Rəşad Şirin: Antikorrupsiya tədbirləri sistemin ehtiyacından irəli gəlir


Siyasi təhlilçi Rəşasd Şirin Amerikanın Səsinə müsaqhibəsində ölkədəki mövcud siyasi durum və antikorrupsiya tədbirlərinin məzmunundan danışıb.

Amerikanın Səsi: Bir sıra yüksək vəzifəli şəxslərin korrupsiya ittihamı ilə bağlı həbsləri barədə nə deyə bilərsiniz. Bu həbslər lokal korrupsiya probleminin, yoxsa ciddi idarəçilik böhranının nəticəsidir?

Buna təxminən Belarus varianti kimi baxmaq olar ki, mərkəzi və güclü hakimiyyət formalaşır güclü prezident ilə.

Rəşad Şirin: Mən bunu təxminən belə şəkildə ifadə edərdim ki, idarəçilik sisteminin yeni şəraitə uyğunlaşdırılmasıdır. Bildiyimiz kimi Azərbaycanda uzun müddət idarəçilik, güclü dövlət prinsipi əsasında qurulmuşdur. Amma eyni zamanda da sistemin oliqarxik bir təbiəti var idi. Sistemin içində müxtəlif güclü oyunçuları var idi. Dövlətin insanlar üzərində legitimliyi bir az onların vasitəsilə təmin olunurdu. Düzdür prezident fiquru yenə də güclü fiqur idi. Amma müxtəlif güclü və imkanlı resurslu oyunçular var idi ki, onlar həm də söz sahibi idilər. Yeni yaranmış vəziyyət ondan ibarətdir ki, hökümətin resursları azaldıqca bu oyunçular sanki sıradan çıxarılır və daha mərkəzləşmiş bir sistem yaranır. Buna təxminən Belarus varianti kimi baxmaq olar ki, mərkəzi və güclü hakimiyyət formalaşır güclü prezident ilə. Eyni zamanda oliqarxların olmadığı bir sistemdir və korrupsiyanın olmadığı bir sistemdir. Təxminən yeni sistemin konturları mən düşünürəm ki, bu istiqamətdədir.

Amerikanın Səsi: Dövlət Təhlükəsizliyi Xidməti artıq mərkəzi icra hakimiyyəti orqanlarında və hətta güc qurumlarında belə istintaq-əməliyyat tədbirləri həyata keçirir. Bəs ciddi inzibati tədbirlər niyə məhz indi həyata keçirilir? Media illərdir bu problemlərdən yazır, amma hökumətin reaksiyası yox idi. Hətta bir sıra hallarda jurnalistlər yazılarına görə xəbərdarlıq edilirdi və bəzən də müxtəlif ittihamlarla həbsə məruz qalırdı?

Artıq dövlət vətəndaşdan birbaşa legitimliyini almaq istəyir. Hər hansı vasitəçi istəmir bu məsələdə. Mənə elə gəlir ki, DTX-nın da bu işlə məşğul olması da sırf məsələnin ciddiliyini və nə qədər təhlükəsizliyə ziyan olduğunu göstərmək üçündür. 

Rəşad Şirin: Baxın, burada sistemə qarşı olan təhdidlərin nə qədər ciddi və əhəmiyyətli olması məsələsi var. Azərbaycandakı sistemin hiss etdiyi təhdidləri təxminən iki profilə bölmək olar. 2015-ci ilə qədər təxminən siyasi sistem daha çox kənardan təhdidlər hiss edirdi. Ərəb baharından tutmuş Ukrayna inqilabı, kənardan maliyyələşən dini radikalizm. Daha çox kənardan gələn təhdidlərə reaksiya verirdi. 2015-ci ildən devalivasiyadan və neft qiymətlərinin istehsalının aşağı düşməsindən sonra sistem daha çox daxildən olan təhdidlərə cavab verməyə başlayır. Daxildən olan təhdidləri də mən bayaq qeyd etdim ki, administrativ sistem elə qurulmuşdur ki, oliqarxik bir loyallıq var idi. İndi dediyimiz kimi bu sistemin dəyişilməsi təhdidlərə cavabdır. Yəni söhbət ondan gedir ki, artıq dövlət vətəndaşdan birbaşa legitimliyini almaq istəyir. Hər hansı vasitəçi istəmir bu məsələdə. Mənə elə gəlir ki, DTX-nın da bu işlə məşğul olması da sırf məsələnin ciddiliyini və nə qədər təhlükəsizliyə ziyan olduğunu göstərmək üçündür. Yəni təhdidin yüksək olduğunu göstərmək üçün məncə DTX-nın o işlə məşğul olması vurğulanır.

Amerikanın Səsi: Antikorrupsiya tədbirlərini effektiv hesab etmək olarmı?

Yəni bunun artıq açıq müstəviyə keçməsi göstərir ki, anti-korrupsiya çox ciddi addımlardır.

Rəşad Şirin: Antikorrupsiya tədbirləri dediyim kimi bir ehtiyacıdır. Siz də bayaq qeyd etdiniz ki, niyə media əvvəllər bu haqda danışırdı və buna reaksiya olmurdu. Mən düşünürəm ki, siyasi sistemin buna elə bir ciddi ehtiyacı yox idi. İndi siyasi sistemin buna ciddi ehtiyacı yaranıbdır. Və artıq öz marağındadır. Çünki əgər prezidentin çıxışlarına siz fikir verirsinizsə çox açıq şəkildə səmimi etiraflar edir ki, icra başçları rüşvət verib gəlirdilər. Sonradan o pulu çıxartmağa çalışırdılar. Vətəndaşları məmurlar incidir, pul tələb edir və s. Heç vaxt bu qədər açıq danışmamışdır bu haqda. Yəni bunun artıq açıq müstəviyə keçməsi göstərir ki, anti-korrupsiya çox ciddi addımlardır. Dediyim kim,i bu sistemin öz marağında olan və yeni idarəçilik modelini formalaşdırmaqda olan bir maraqdır.

Amerikanın Səsi: Hökümət müxalifət düşərgəsində də həbslər, digər məhdudlayıcı tədbirlər həyata keçirir. Bunun səbəbi nədir? Yaxın gələcəkdə siyasi proseslərin inkişafını necə görürsünüz?

Təbii ki, böhran olduğu zaman iqtidarın, hakimiyyətin təhdidləri anlayışı bir az da artır. Ona görə bu cür alternativ fikir daşıyıcıları, alternativ düşüncə və hərəkət sahibləri onlar da mobilizasiya edəcəklər.

Rəşad Şirin: Keçən ilin səhv etmirəmsə son ayları idi. Amerikada bir araşdırmaçı var, Azərbaycanla bağlı Svante E. Cornelli. Məqalədə o xüsusilə qeyd edirdi ki, bu dəyişikliklər siyasi liberallaşma deyil, yəni siyasi açılım deyil. Başlanğıcda da dediyimiz kimi, Azərbaycanda mərkəzləşmiş güclü dövlət modeli fəaliyyət göstərir. Böyük ehtimal odur ki, bu model davam edəcək. Ona görə də mən düşünmürəm ki, bu situasiyada hansısa siyasi açılımlar, siyasi liberallaşma olacaq. Təbii ki, böhran olduğu zaman iqtidarın, hakimiyyətin təhdidləri anlayışı bir az da artır. Ona görə bu cür alternativ fikir daşıyıcıları, alternativ düşüncə və hərəkət sahibləri onlar da mobilizasiya edəcəklər. Onlar da öz fikirlərini, hərəkətlərini ortaya qoymağa çalışırlar və bir rəqabət mühiti yaranmağa başlayır və bu da dediyim kimi hakimiyyət üçün bir təhdid formalaşdırır. Hakimiyyətin indi əsas meyarı, əsas istiqaməti ondan ibarətdir ki, xalqla birbaşa təmas qurmaq və bu istiqamətdə legitimliyi artırmaq arada vasitəçilər olmadan. İndi bu nə qədər uğurlu olacaq, bunu yəqin ki, artıq zaman göstərəcək. Azərbaycanda siyasi liberllaşma, siyasi açılma, siyasi azadlıqların daha çox verilməsinə ehtiyac duyacaqmı hakimiyyət və ya bu alternativ fikirlər, hərəkətlər o qədər güclənəcəkmi ki, hökümətə, hakimiyyətə təzyiq edib onu öz istədiyi məcraya gətirəcək. Bunu artıq zaman göstərəcək. Hal-hazırda vəziyyət bundan ibarətdir.

XS
SM
MD
LG