Accessibility links

Rəşid Hacılı: Tənqidçiləri son nəfəsədək susdurmağa çalışırlar


Rəşid Hacılı: Tənqidçiləri son nəfəsədək susdurmağa çalışırlar
please wait

No media source currently available

0:00 0:11:29 0:00

Beynəlxalq ictimaiyyət Azərbaycanda bloger Mehman Hüseynova qarşı yeni cinayət işinin açılması ilə bağlı narahatlığını ifadə edir. Həbsdə olan blogerə qarşı 2018-ci il dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirmək ittihamı əsasında yeni cinayət işi başlanılıb. Mehman Hüseynov ittihamın yalan və böhtan olduğunu bildirərək, dekabrın 26-dan etiraz olaraq quru aclığa başlayıb. Müşahidəçilərin fikrincə, Mehman Hüseynova qarşı yeni cinayət işinin başladılması Azərbaycanda mətbuata təzyiqlər və media nümayəndələrinə qarşı təqib kampaniyasının bir hissəsidir. Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində Mehman Hüseynovun işi və Azərbaycanda mətbuat azadlığının durumundan danışıb.

Blogerin durumu ağırdır

“Mehman bəy quru aclığa başlamışdı. Nə su qəbul etmirdi, nə yemək qəbul etmirdi. Bir neçə gün davam etdi və elə bir həddə gəlib çatdı ki, ona təcili müdaxilə etmək lazım gəldi. Həkimlər müdaxiə etdilər məcburi qaydada və sonra uzun xahişlərdən sonra o, su içməyə razılıq verdi. Amma hələ də yemək yeməkdən imtina edir. Bunun səhhətində ciddi naharatlıqlar əmələ gəlib, onda bayılmalar və s.olduğu bildirilir. Çox təəssüf ki, o hələ də davam etdirir. Hökumətin ona qarşı bu olayı törətməsini, yəni saxta, qondarma cinayət işini aradan qaldırmasını tələb edir, amma onu artıq Kürdəxanı təcridxanasına keçiriblər. Guya ona görə ki, yeni cinayət işinə başlayıblar və ona görə cinayət işi zamanı o, təcridxana qalmalıdır.”

Mediaya qarşı basqılar intensivləşib

“Azərbaycanda 2000-ci illərdən başlayaraq mediaya qarşı çox ciddi basqılar baş verib. Bəlkə də mən deyərdim, 90-cı illərin ikinci yarısından başlayaraq, amma o xüsusilə intensivlik 2000-ci illərdə daha da gücləndi. Və Elmar Hüseynovun ölümündən sonra, bundan sonra xeyli jurnalistlər həsb oundular, 2005, 2006, 2007, 2008 və 2010-cu ilə qədər və s. bu proses get-gedə gücləndi. Yəni əvvəl bəzən bir, iki, üç, bəzən beş jurnalistin həbsdə olduğunu görürdüksə, sonradan bu proses daha da sürətləndi, mətbuat orqanları bağlandı. Əvvəllər daha çox mülki işlər olurdu jurnalistlərə qarşı və sonradan daha çox cinayət işlərinə keçdilər, müxtəlif yollarla şərləmələr, müxtəlif yollarla gözdənsalmalar və s. Yəni bütün bu proses ona gətirib çıxardı ki, indi Azərbaycanda çap mətbuatı demək olar ki, müstəqil çap mətbuatı yoxdur. Onlayn mətbuatın Azərbaycan daxilində fəaliyyət göstərməsi demək olar ki çox məhduddur və xüsusilə də bu, son illərdə baş verdi. Və xaricdən yayımlanan onlayn media üzərinə də bloklama qoyuldu və s. Yəni o proses davamlı olaraq gedir və Azərbaycanda bu intensivləşir və daha qəddar, daha açıq-aşkar zorakı üsullar kəsb edir. Tənqidçi bloger olan Mehman Hüseynova qarşı olan aksiya da, son hadisə də bir daha göstərir ki, hökumət tənqidçi olan hər bir şəxsi son nəfəsinə qədər susdurmağa israrlı görünür.”

Azərbaycanın beynəlxalq imici zəifləyir

“Beynəlxalq ictimaiyyət hər zaman reaksiyalarını bildirib. Onların əlində olan müxtəlif vasitələrdən istifadə edərək, Azərbaycan hökumətini tənqid ediblər, müxtəlif aksiyalar keçiriblər, məktublar yazıblar. Yəni məncə, əgər söhbət beynəlxalq qeyri-hökumət təşkilatlarından gedirsə, bunlar həmişə bu məsələdə fəal olublar və çətin vəziyyətdə olan jurnalistlərə, blogerlərə daimi dəstək verməyə çalışıblar. O ki qaldı beynəlxalq hökumətlərarası təşkilatlara, məsələn, Avropa Şurası kimi, Avropa İttifaqı kimi, Avropa Parlamenti kimi və o cümlədən Avropa Məhkəməsi kimi, bilirsiniz ki, Avropa Məhkəməsinin neçə qərarı var. Həm jurnalistlərlə bağlı, onlara fiziki təzyiq göstərilməsi və yaxud onların həbsə alınması ilə bağlı, həm digər siyasi fəallarla bağlı, onların həbslərinin qanunsuz sayılması ilə bağlı. Azərbaycan yeganə ölkədir ki, Avropa Şurası içərisində Avropa Konvensiyasının 18-ci maddəsi əsasında ən çox qərar çıxarılmış ölkədir. Yəni adamların siyasi və digər məqsədlərlə birbaşa açıq təqib olunması. Bununla bağlı Azərbaycanla bağlı daha çox qərarlar qəbul olunub. Yəni bu qurumlar Azərbaycanla bağlı əllərindən gələni edirlər. Sadəcə olaraq, hər bir ölkənin öz suveren təbii ki, idarəetməsi var, öz hökuməti var və onlar öz ölkələrini idarə edirlər. Onlar əlbəttə beynəlxalq təşkilatlar qarşısında, beynəlxalq konvensiyalara görə məsuliyyət daşıyırlar, amma həm də öz xalqı qarşısında da məsuliyyət daşıyırlar. Və çox təəssüf ki, Azərbaycan hökuməti bunların hamısını çox israrla qulaqardına vurur. Və daimi olaraq Azərbaycan hökuməti birmənalı olaraq tənqid olunan və qınanılan ölkələr sırasına daxil olur və öz normal imicini itirir. Azərbaycan imici çox zədələnmiş, imici çox qaranlıq olan ölkələr sırasına girir və bu da bütünlükdə Azərbaycan üçün zərərlidir, o cümlədən hökumət üçün. Amma təəssüf ki, hökumət bundan geri çəkilmir.”

Azadlıqlar baxımından Azərbaycan Türkmənistan və Bəhreyn səviyyəsindədir

“Biz artıq təəssüf ki, Gürcüstanla müqayisə edə bilməyəcəyik Azərbaycanı və hətta Ermənistanla da müqayisə edə bilməyəcəyik Azərbaycanı, çünki bilirsiniz ki, təbii ki, hər ölkədə müəyyən problemlər var və azadlıqların məhdudlaşdırılması bu və ya digər şəkildə var. Ola bilər ki, qanunu birbaşa pozmaqla yox, məsələn, Azərbaycandakı kimi kimisə sözünə görə tutub içəri atmırlar, cibinə narkotika qoyub və yaxud da başqa yollarla və s. Bu ölkələrdə bu yoxdur. Amma hər halda bu ölkələrdə bu və ya digər dərəcədə məhdudlaşdırmalar olur. Amma Azərbaycan təbii ki, müqayisə oluna bilmir. Azərbayacan artıq azad ölkələr cədvəlində ən azı, məsələn, Freedom House-un son günlərdə açıqladığı cədvəldə artıq İranı da üstələyib. Biz İranı hər zaman çox ciddi hüquq pozuntuları olan ölkələr sırasında tanıyırıq. Freedom House bunları çox ciddi şəkildə araşdırıb. Amma Rusiyadan məsələn, Azərbaycan geridədir. Artıq Azərbaycan qonşu ölkələrdən İranı da üstələməkdədir jurnalistlərin və siyasi fəalların həbsdə olmasına görə, azadlıqların məhdudlaşdırılmasına görə. Yəni Azərbaycan Türkmənistan səviyyəsinə gəlib çatır get-gedə. Artıq Şimali Koreya səviyyəsinə yaxınlaşır və yaxud Bəhreyn səviyyəsinə yaxınlaşır, Sudan səviyyəsinə yaxınlaşır. Bu, çox təhlükəli bir haldır Azərbaycan üçün. Mən çox təəssüf edirəm ki, artıq biz Gürcüstanla özümüzü müqayisə edə bilmirik. Bizdə əksinə insanlar o təqiblərdən qaçıb Gürcüstanda özləri üçün fəaliyyət göstərə bilirlər. Düzdür, indi Gürcüstanda da bilirsiniz ki, Əfqan Muxtarlı ilə problem oldu. Amma buna baxmayaraq, hər halda Azərbaycana baxanda Gürcüstanda qat-qat yüksək dərəcədə azadlıqlar, imkanlar mövcuddur.”

Azərbaycanda media sıradan çıxarılıb

“Azərbaycanda 10 jurnalistin həsbdə olması hələ media azadlığının vəziyyətini razılaşaq ki, ifadə etmir. Çünki Azərbaycanda media sıradan çıxarılıb. Azərbaycanda müstəqil media olsaydı, tənqidçi media fəaliyyət göstərə bilsəydi, bəlkə də hökumətin indiki bu intensivliklə həbs etməsi ilə qiymətləndirsək, onda Azərbaycanda onlarla jurnalist həbsdə olmalı idi. Azərbaycanda faktiki olaraq müstəqil jurnalistikanın qalmadığı halda belə, azacıq tənqidə görə bir 10-a yaxın jurnalist həbsdədir. Nə işlər görmək olar? Açığı, artıq bu, Azərbaycanın xalqının həll edə biləcəyi bir məsələdir. Kənardan hökumətə təbii ki, təzyiqlər olur və hökumət sadəcə bu təzyiqləri qəbul edib, bütünlükdə Azərbaycan xalqının, Azərbaycan hökumətinin , Azərbaycan dövlətinin böyük imic itkisinə və Azərbaycan dövlətinin izolyasiya olunmasına gətirib çıxarmasına baxmayaraq buna gedir. Mən hesab edirəm ki, belə halda ən yaxşı üsul hökumətlə bu məsələlər barədə daha ciddi danışmaqdır. Həm beynəlxalq təşkilatlar, həm beynəlxalq dövlətlərarası təşkilatlar, yəni demokratiya və ifadə azadlığını dünyada ümumi dəyər kimi qəbul edən hər kəs bununla bağlı öz sözünü deməlidir, Azərbaycanı düşdüyü bu çətin durumdan çıxarmasına kömək etməlidir.”

Nikbinliyə əsas azdır

“Hələ ki Azərbaycanda bu aşağıya doğru yuvarlanmanı dayandıra biləcək, yavaşlada biləcək, qarşısını ala biləcək bir tendensiya hiss olunmur təəssüf ki. Amma bu hər an qırıla bilər və hər an dağıla bilər. Və təəssüf ki, nə qədər biz bu istiqamədə aşağı yuvarlanırıqsa, o qədər çox zərərçəkmə, daha çox dağılma, daha çox hamının, hər şeyin dağılması ehtimalını yaxınlaşdırmış oluruq. Təəssüf ki, bu, bizim hamımız üçün çox ciddi problemdir. Amma mən hökumətdən davranışında bununla bağlı hələ ki yaxşılaşdırıcı bir şey görmürəm və kənardan təsirlərdə də görmürəm. Və xalqın da hələ reaksiyasında da hələ görmürəm təəssüf ki.”

Fikirləriniz

Show comments

XS
SM
MD
LG